Serj Sarksiyanın SONU başlayıb - Politoloq

"Ermənistan rəhbərliyi hələ ki, silah- sursat naminə idarəçiliyi saxlaya bilir”.
Bunu "Sherg.az”a Ermənistanda mövcud olan gərginliyin nəticələri haqqında danışarkən politoloq Tofiq Abbasov deyib. 
Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi Ermənistanın axırına çıxmaq üzrədir:
"Həm ön xəttə, həm də daxildə düşmənin böyük sıxıntılar var. Ona görə, etiraz aksiyaları ölkəni bürüyüb. Erməni rəhbərliyi xaricə təcavüz etdiyinə görə, bütün erməni xalqını girova çevirib. Xalq etiraz etdikdə, səfalətə qarşı səsini ucaltdıqda isə, hakimiyyət deyir ki, bütün bunların mükafatı Qarabağdır. Bütün var-dövlət işğala qurban verilibsə, Ermənistanın gələcəyi işıqlı görünmür. Bunu başa düşən erməni xalqı küçələrə axışıb, haqqını tələb edir.
Hazırkı vəziyyət Ermənistan üçün sonun başlanğıcıdır. Sarkisyan hakimiyyəti onsuzda güclə iqtidarı əlində saxlaya bilir. Zənnimcə, ilin sonuna qədər onun hakimiyyəti devriləcək. Çünki Sarkisyanın islahat, anti-böhran siyasəti yoxdur.
Hakimiyyət köklü sürətdə vəziyyəti dəyişmək, erməni xalqını sakitləşdirmək istəyirsə, Qarabağ problemindən əl çəkib, Azərbaycanla danışıqlara razılıq verməlidir. Ermənistanın sabitliyinin yolu Dağlıq Qarabağ probleminin həllindən keçir”.
Qeyd edək ki, aprelin 17-də Ermənistan parlamentində keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir seçilib. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək. S.Sarkisyanın bu posta gətirilməsindən sonra isə ölkəni etiraz aksiyasi bürüyüb. S.Sarksiyanın formalaşdırdığı despot hakimiyyətin tiran fəaliyətinə etiraz edən ermənilər günlərdir ki, mağistral yolları bağlayıblar. Aclıq və səfalətin məngənəsində boğulduqlarını dilə gətirən nümayişçilər S.Sarkisyanın istefasını tələb edirlər.
Aysel Aslan