Siyavuş Novruzov: "...Haqqı olmayanlar veteran vəsiqəsi alıblar"
09:22 16.10.2018
Arxiv
500
"Azərbaycanda 60 min müharibə veteran var. Vaxtilə haqqı olan insanlar kənarda qalıb, haqqı olmayanlar veteran vəsiqəsi alıblar, haqqı olanların haqqını mənimsəyiblər”.
"Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
"Qeyd etdiyim rəqəm sırf birinci Qarabağ müharibəsi ilə bağlı olanlardır. Bu, kifayət qədər böyük rəqəmdir. Hazırda veteran vəsiqələrinin verilməsi qanunvericiklə tənzimlənir”, - deputat əlavə edib.
S.Novruzov şəhid ailələrinə verilən müavinət məsələsinə də toxunub. O deyib ki, bəzən vəsaitin alınması ilə bağlı ailə üzvləri arasında fikir ayrılığı olur: "Valideyn deyir ki, şəhid olan mənim övladımdır, vəsait mənə verilməlidir. Həyat yoldaşı da vəsaiti özü istəyir. Qanunvericiliyə görə, vəsait şəhidin ailə üzvünə ödənilməlidir. Bu məsələ qanunvericiliklə tənzimlənsə də, müəyyən problemlər qalmaqdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya