Siyavuş Novruzov: "Kimliyindən asılı olmayaraq hər kəs eyni səviyyədə və formada dəfn ediləcək"
07:57 15.10.2018
Arxiv
506
"Yas mərasimləri elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin".
"Report" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, nümunəvi qəbirstanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra, kimliyindən asılı olmayaraq hər kəsin eyni səviyyədə və formada basdırılması təmin ediləcək.
S.Novruzov vurğulayıb ki, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalır: "Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar İslamda yoxdur. Odur ki, mərasimlərin daha da sadə keçirilməsini təmin etməliyik. Çünki insanlar yas mərasimindən sonra borclu qalırlar".
O əlavə edib ki, dini mərasimlərin müxtəlif formaları mövcuddur: "Müasir dövrdə milli adət ənənələr və qanunlarla tənzimlənməlidir. Hər şey qəbul edilən qaydalar çərçivəsində olmalıdır. Digər xalqlara nisbətən türkçülük və islamçılıq ənənələri var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya