"Siz kimlərin itisiniz, onu söyləyin..."

Şəhid polislərin dəfn mərasimində sərt sözlər işlədildi
İstanbulun Beşiktaş rayonunda baş verən terror hücumunda şəhid polislər üçün ilk mərasim İstanbul Təhlükəsizlik İdarəsində təşkil edilib. Daxili işlər naziri  Süleyman Soylu mərasimdəki nitqində   "Bunu edənlərdən intiqam alacağıq! Bu qanı yerdə qalmayacaq " deyib.
"Milliyet" xəbər verir ki,  mərasimə prezident  Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli  Yıldırım,  daxili işlər naziri  Süleyman Soylu, 11-ci prezident  Abdullah Gül, CHP funkusioneri  Akif Hamzaçebi, bir çox siyasətçi və komandirlər qatılıb.
İSTANBUL TƏHLÜKƏSİZLİK MÜDİRİ ÇALIŞQAN: "SİZ KİMİN İTİSİNİZ"
"Qorxmayacağıq, ciyərimizi yaxan bu hücuma baxmayaraq ayaqda dayanacağıq. Buradan bütün terror təşkilatlarına səslənirəm, vermək istədiyiniz adi mesaj aydın olur. Siz, kimlərin itisiniz, onu söyləyin. Kimsinizsə ən qısa müddətdə təsbit ediləcək və layiq olduğunuz cəzanı alacaqsınız. Millətimizin başı sağ olsun, vətən sağ olsun."
SOYLU: GƏBƏRİB GETDİYİNİZDƏ ARXANIZDAN AĞLAYACAQ VARMI?
Daxili işlər naziri  Süleyman Soylu da mərasimdə nitq söyləyib:
"Sözlərimizin gücü bu gün yaşadığımız ağrını izah etməyə yetmir. İçimiz yanır, buradakıların da, burada olmayıb əllərini səmaya açan millətimizin də. Türkiyədə və dünyada bu mərasimi izləyən bəziləri  var. Bəlkə bizim ağrımızı özlərinə sevinc edərək izləyirlər. Sabahdan gec olmayaraq, Türkiyə dövlətinin birinci prioritet işi bunu edənlərdən intiqam almaqdır. Türk milləti bu qanı yerdə qoymayacaq. Şəhidlərimizin arasına qatılmaq bizim üçün bir qürur mənbəyidir. 40 ildir bu ölkəni terrorla təhdid  edənlərdən soruşuram, nə əldə etdiniz? Quracağınız dövlət haradadır; dağlarda, mağara koğuşlarında heyvan kimi yaşamaqdan kənara keçə bildinizmi? Gəbərib getdiyinizdə arxanızdan ağlayan olacaqmı? Heyvan deməyə belə dilim gəlmir. Bu uşaqlarımız Allah yolunda birləşib."
İstanbul müftisinin duasından sonra  mərasim başa  çatıb.