Slovakiya:Daxili işlər naziri istefa verdi - Jurnalistin qətlinə görə




Slovakiyanın daxili işlər naziri Tomas Drüker istefa verib. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, buna jurnalist  Jan Kusiakın ölümü səbəb olub. Belə ki, adıçəkilən jurnalist bu ilin fevralında qətlə yetirilib. 

Və bu gün jurnalistin ölümünə etiraz olaraq ölkədə nümayiş baş tutub. 

Etirazçılar daxili işlər nazirinin istefasını tələb edib. Nazir də tələbə uyğun olaraq istefa ərizəsini yazıb. 

Qeyd edək qətlə yetirilən jurnalistin 27 yaşı olub və o siyasi sferada çalışan bir məmurla bağlı korrupsiya  faktını üzə çıxarıb. Məhz bu səbəbə görə də onu qətlə yetiriblər. 

Tərcümə etdi: Ayyət Əhməd