“Son 15 ildə əldə olunan uğurlar Prezidentin düşünülmüş siyasətinin nəticəsidir”
08:31 14.10.2018
Arxiv
643
«Azərbaycan son 15 il ərzində mühüm iqtisadi inkişafa nail olub».
Bu barədə "Sherg.az”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Komitə sədrinin sözlərinə görə, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar bu sahənin daha da inkişafına şərait yaradıb:
"Son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafı həm də ölkəmizin nüfuzunun artması ilə bağlıdır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi ölkəmizin iqtisadi inkişafı Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması və onların sosial problemlərinin həllinə yönəlib. Görülən işlərin nəticəsində ölkəmizə investisiya qoyuluşu xeyli artıb. Ölkəmizdə kənd təsərrüfatına dair dövlət dəstəyi də keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunur. Kənd təsərrüfatı torpaq vergisindən başqa vergilərdən azadır. Azərbaycanda eyni zamanda ərzaq təhlükəsizliyi ilə bağlı böyük işlər görülür. Azərbaycan kənd təsərrüfatına göstərilən dəstəyə görə digər ölkələrdən fərqlənir”.
Z.Səmədzadə onu da əlavə edib ki, son 15 il müddətində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir:
"İqtisadiyyatımız 3,2 dəfə artıb və bu dünya miqyasında analoqu olmayan inkişafdır. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Ölkənin valyuta ehtiyatları ümumi daxili məhsula bərabər səviyyədədir. Ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir. Məhz belə siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan ayları böyük iqtisadi fəallıqla müşahidə olunur. Bu yaxınlarda Cənub Qaz Dəhlizi, TANAP kimi irimiqyaslı layihələr istifadəyə verilib. Bakı Dəniz Limanının istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi nüfuzunu daha da artıracaq”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət