Son dəqiqə - Əkrəm İmamoğlu: "Mən bu şəhəri barışdırmağa gəlirəm"





CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu, Prezident Ərdoğana səslənərək "Dövlət başçımıza səslənirəm; bu müddətə qatqınız olsun. Mən İstanbulu çox yaxşı idarə edəcəyəm. İstanbulu bu qədər yaxşı idarə edən olmadı deyəcəklər. Mən bu şəhəri barışdırmağa gəlirəm. İstanbulun əleyhinə bir şey düşünə bilərəmmi?" deyə bildirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Əkrəm İmamoğlu daha sonra bunları deyib:

- 7 gün 168 saatdır səslər sayılır. Hər kəsə təşəkkür edirəm. 31 mart bazar günü, öndəyik, 1 aprel öndəyik, 2 aprel öndəyik. 3 aprel öndəyik, aprel öndəyik, 5 aprel öndəyik, 6 aprel öndəyik, 7 aprel yenə öndəyik. Statistika ortada, ağıl-məntiq ortada. Kədərlənirəm və bunu söyləyərkən, bu müddətdə itirən AKP İstanbul El Təşkilatını anlayıram. Ümumi mərkəzdəki bəzi yoldaşları anlayıram, onlar da bədəl ödəyəcəklər. Amma, yetər, bu cəmiyyəti yormayın.

Turan