SOS: " Azərbaycanda vərəm yeni formada peyda olub - Rusiya həbsxanalarından gəlir




"İnsanların yer kürəsində artması, ekoloji problemlərin, qida çatışmazlığının yaranmasına səbəb olur”.

Bunu "Sherg.az”a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, nəticədə süni qidalara ehtiyac artır:

"Süni qidaların xeyli hissəsi hər birimizin süfrəsinə daxil olur. Düzdür, genetik modifikasiya edilmiş qidaların hamısının xəstəlik törətməsi ilə bağlı birmənalı təsdiqlənməyib:

"Lakin yaxın zamanda bununla bağlı ortada konkret nəticələr olacaq. Digər tərəfdən hər şeyin avtomatlaşması, insanların tənbəlləşməsi hipodenamiya və ürək-damar xəstəliklərini artırır. Erkən ürək xəstəlikləri yaranır, onkoloji xəstəliklərin xüsusi çəkisi artır. Atmosferin, ətraf aləmin çirklənməsi, həmin çirkli havada xərçəng riski yaradan maddələrin artması bu xəstəliklərin də ciddiləşməsinə gətirib çıxarır”.

Zərərli vərdişləri olan insanları daha diqqətli olmağa çağıran A.Qeybulla deyib ki, son vaxtlar alkoqollu içki aludəçisi, siqaret istifadəçisi olan şəxslərin də statistikası artıb:

"Həmin saydığımız problemlər də ona görə daha təhlükəli hal alır. Yaxın 10 ildə artacağı gözlənilər xəstəliklər haqqında elmi cəhətdən əsaslandırılmış proqnozlar verilib. Məsələn, vərəm hazırda yeni formada peyda olub. Bir ara tamamilə həll edilmiş sayılan xəstəlik son vaxtlar Rusiya həbsxanalarından başlanğıcını götürən, davamlı forması ilə peyda olub. Yenidən bu xəstəlik insan tələfatı riski daşıyır. Bununla bağlı vərəmin köhnə ənənəvi dərmanları təsirsizdir.

21-ci əsr virus əsridir. Yeni viruslar peyda olur. Bu viruslar insanlarda müxtəlif dəyişikliklər yaradıblar. Hepatit viruslarının artması da müşahidə olunur. Bütün bunlar insanların ağır vəziyyətə düşməsinə və ölüm hallarına gətirib çıxaran xəstəliklərdir. Bu da ümumi statistikada özünü göstərir”.

Qeyd edək ki, dünyanın ən varlı insanı Bill Qeyts və həyat yoldaşının qurduğu "Bill və Melinda” vəqfi önümüzdəki 10 il ərzində insanların yaşaya biləcəyi problemlərlə bağlı layihə hazırlayıb. 

Layihədə 10 il ərzində uşaq ölümləri, HİV infeksiyası, Alzqeymer xəstəliyi, yüksək hərarət, sətəlcəm, ürək çatışmamazlığı, xərçəng, vərəm və s. kimi səhiyyə problemlərinin artacağı proqnozlaşdırılır.

Aysel Aslan