SOS: "Düşmənin internet şəbəkələrinə qoşulmaq təhlükəlidir"
14:45 13.09.2017
Arxiv
606
Osman Gündüz: "Açıq şəbəkə vasitələrindən - vatçap, feysbuk və s. yerdəyişmə, coğrafi məkan məlumatlarını paylaşmamaq lazımdır. Bizim üçün elə də əhəmiyyətli olmayan məqamlardan düşmən faydalana bilər"
"DTX-nın xəbərdarlığı tamamilə əsaslıdır. Sərhəd bölgələrində düşmənin lokal şəbəkələrinə qoşulmaq təhlükə yaradır”.
Bu sözləri "Sherg.az”a Dövlət Təhlükəsizlik Xidmətinin cəbhə xəttində yaşayan əhaliyə düşmənin açıq "vi-fi" şəbəkələrinə qoşulmaması haqqında xəbərdarlığına münasibət bildirərkən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib. O bildirib ki, xüsusilə müharibə bölgəsində əhali belə məsələlərə diqqət etməlidir:
"Düzgün qeyd olunub ki, cəbhə bölgəsində yaşayan insanların hamısı informasiya daşıyıcısıdır. Onlar hər hansı məlumatı bir-birinə ötürdükdə bu düşmənin işinə yaraya bilər. Bununla Azərbaycan ordusunun cəbhə bölgəsində atacağı addımlara maneə də yarana bilər. Ona görə, bu xəbərdarlıq doğru mesajdır.
Açıq şəbəkə vasitələrindən - vatçap, feysbuk və s. ilə ümumi xarakterli informasiyaları, yerdəyişmə, coğrafi məkan məlumatlarını paylaşmamaq lazımdır. Bizim üçün elə də əhəmiyyətli olmayan məqamlardan düşmən faydalana bilər. Ona görə, lokal şəbəkələrə qoşulduqda telefon və ya kompüter başqaları tərəfindən tamamilə ələ keçirilə bilər. Bütün bunları nəzərə alaraq, ehtiyatlı davranmaq lazımdır”.
Qeyd edək ki, Ağdam rayonunda keçirilən konfrans zamanı DTX rəisinin müavini, general-mayor İlqar Musayev də sözügedən məsələ ilə bağlı əhalini məlumatlandırıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fevrala kimi 450 min nəfər öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI
07:00 25.09.2026
Maraqlı
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual