Sosial mediada təhqir halları ARTIB - NƏ ETMƏLİ ?
10:47 18.07.2018
Arxiv
994
"İnsanların sosial mediada bir-birini təhqir etməsi, hətta bura üçüncü şəxsi cəlb etməsi halı da yaranıb. Bir insan sevmədiyi şəxsi öz düşüncəsində cəza vermək üçün saxta profillə hansısa birinə təhqiredici mesaj yazıb, mesajın yanında da həmin şəxsin nömrəsini qeyd edir. Deyir ki, mənim nömrəm budur. istəsən zəng edə bilərsən. Artıq müəyyən mübahisədən sonra məlum olur ki, bunu edən başqa biridir".
Bu barədə "Sherg.az"a Media Hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirib.
O qeyd edib ki, Bu məsələlər hüquqi problemdir və bunun məsuliyyəti də var:
"Keçən il bununla bağlı cinayət məcəlləsinə 148-1-ci maddəsi əlavə olundu. Əvvələr, 148-ci maddə var idi. Amma sonradan 148-1-ci maddə də artırıldı. Bu maddədə sosial şəbəkədən bilavasitə anonim hesablardan başqalarının şəxsi həyatına müdaxilə edib, təhqirə məruz qoyanlara qarşıdır. Cinayət məcəlləsində bununla bağlı hüquqi ölçü götürməyə imkan var.
Başqalarını təhqir edən şəxslərin ölkə ərazisində olduğu müəyyən edildikdən sonra onların cəzalandırılması hüquq mühafizə orqanlarının səlahiyyətindədir. Kimsə belə bir halla qarşılaşsa, polis əməkdaşlarına məsələ ilə bağlı şikayətini bildirməlidir.
Polislərdə olan cihazlar vasitəsi ilə təhqiredici mesajlar və ya bunu kimi əməllər edən şəxslərin həm sosial media üzrə, həm də mobil operatolar üzrə fəaliyyət göstərdiyi yer məlum olunur. Aşkarlanan şəxslə bağlı hüquq mühafizə orqanları müəyyən tədbirləri həyata keçirəcək. Anonim profillərdən təhqiredici mesajlar yazan şəxslər aşkarlansa, onları cəzalandırsalar, o zaman belə hadisələr kəskin şəkildə azalacaq.
Sadəcə olaraq, başqa dövlət ərazisində olanlar qala bilər. Bunu da aşkar edib, fəaliyyət göstərdiyi dövlətlə ölkəmiz arasında cinayətkarların qarşılıqlı bir-birinə verilməsi ilə bağlı müqavilə varsa, həmin vaxt onu da gətirib, cəzalandıra bilərlər”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət