Sosial şəbəkələrdə narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı
07:40 26.07.2021
Arxiv
476
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.
DİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməliyyat zamanı Neftçala rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Abşeron rayonunda yaşayan Ellər Tağıyev Baş İdarənin əməkdaşları tərəfindən tutulub. Onun üzərindən ümumilikdə 12 qram narkotik vasitə heroin,psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Ellər Tağıyev tutularaq istintaqa cəlb olunub. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, ölkə xaricində olan narkotacirlər daxildə özlərinə narkokuryerlər cəlb etmək üçün sosial şəbəkələr vasitəsi ilə “qayğı” göstərmək (narkotik vasitələri ilkin olaraq pulsuz təklif etmə) və təhqiredici ifadələri özündə əks etdirən videoşantaj üsullarından istifadə edirlər.
Yəni, xaricdəki narkotacirlər ölkə ərazisindəki narkokuryerlərin Azərbaycan xalqına, cəmiyyətinə yönəlik təhqiredici ifadələrə dolu və ya etirafedici videolarını çəkdirməklə özlərində saxlayır, daha sonra onları narkokuryerlik fəaliyyətindən boyun qaçıracaqları təqdirdə həmin videoları sosial şəbəkələrdə yaymaqla hədələyirlər.
Bu üsulla onlar zəif iradələri, əsasən narkotik vasitələrin aludəçisi olan şəxslərdən istifadə edib ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil etməyə cəhd göstərirlər. Belə hallarla bağlı, yəni xaricdəki narkotacirlərin tələsinə düşməmək üçün sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızdan maksimum diqqətli olmaları xahiş edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə