Sosial sığorta haqlarını ödəməyənlərə XƏBƏRDARLIQ
12:25 26.07.2018
Arxiv
442
"Paşa” Bankın təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bank sektorunun nümayəndələri arasında görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə məcburi dövlət sosial sığorta haqlarının qanunla müəyyən edilmiş müddətdə sığortaedənlər tərəfindən ödənmədikdə onların cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının Dövlət Sosial Müdafiə Fondunun hesabına alınması məsələləri ilə bağlı birgə görüləcək işlərin düzgün və operativ təşkili müzakirə edilib.
Həmçinin, banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncamların mərkəzləşdirilərək elektron qaydada "Sosial sığorta haqqında”, "Elektron imza və elektron sənəd haqqında” və "Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Qanunlara uyğun təşkilinin həyata keçirilməsi, bu istiqamətdə işlərin sürətli, optimal təşkil edilməsi üçün görüləcək işlər təhlil olunub.
Qeyd olunub ki, bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Dövlət Sosial Müdafiə Fondu ilə banklar arasında bağlanılacaq elektron sənəd mübadiləsi haqqında müqavilələrin tələblərinə əsasən həyata keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm