Sosial yardım alanlar üçün müraciət proseduru sadələşdirilir
09:53 18.07.2018
Arxiv
939
Ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət proseduru sadələşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, sosial yardım üçün e-müraciət zamanı "Ərizə-bəyannamə”nin doldurulması prosedurunun ləğvi ilə bağlı təkliflər hazırlanıb.
Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafq əmri əsasında bu ilin 30 aprel tarixində yaradılmış müvafiq İşçi Qrupu tərəfindən bu istiqamətdə işlər aparılmaqla, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub.
İlkin mərhələdə, sosial yardımın alınması üçün elektron qaydada müraciət zamanı "Ərizə-bəyannamə”nin doldurulması üçün tələb olunan məlumatların sayının azaldılmaqla sadələşdirilməsi təmin ediləcək. Belə ki, tələb olunan məlumatların bir hissəsi (məsələn, ailənin gəlirləri tərkibinə daxil olan pensiya və müavinətlər barədə məlumatlar) aidiyyəti elektron informasiya bazalarından əldə olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün benefisiarlar haqqında məlumatların vahid elektron bazada toplanmasını nəzərdə tutan "Sosial Reyestr”in hazırlanması isə e-müraciətin daha da sadələşdirilməsinə imkan yaradacaq. Layihə işə salındıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı "Ərizə-bəyannamə”nin doldurulmasına ümumiyyətlə ehtiyac qalmayacaq.
Ailəni təmsil edən şəxs yalnız FİN nömrəsini daxil etdikdə, həmin ailənin sosial yardım almaq hüquqlarına baxılması üçün tələb olunan bütün zəruri məlumatlar "Sosial Reyestr”dən götürüləcək və yardım təyin olunub-olunmamasına dair avtomatlaşdırılılmış mühitdə qərar qəbul ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm