Şoyqu hərbi zavodda: təlimlərə başlayacaqlar - FOTOLAR

Donbas və Krımın işğalına görə Rusiya - Ukrayna gərginliyi davam edir.Hər iki ölkə  sərhəddəki hərbi potensialını artırmaq üçün müəyyən addımlar atır. "Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki,  bir müddətdir robot tanklar üzərində çalışan Rusiya, "Zvezda" adlı dövlət kanalında tankların gücünü göstərən görüntüləri paylaşıb.
Müdafiə naziri Sergey Şoyqu paytaxt Moskva yaxınlığında yerləşən silahların istehsal edildiyi müəssisəni ziyarət edib. Qeyd edək ki, əsgərlərin də qısa müddətdə təlimlərə başlayacağı bildirilib.