"Söyüş kampaniyası iflasa uğradı" - Əflatun Amaşov
13:30 09.04.2018
Arxiv
2311
"Söyüş kampaniyası cəmiyyətin mütərəqqi kəsiminin, xüsusən də media ictimaiyyətinin sərt reaksiyası nəticəsində iflasa uğradı".
Bu barədə "Sherg.az" millət vəkili , Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Bununla yanaşı MŞ sədri qeyd edib ki, bu çirkin işi özünə hobbi, siyasi məqsədlərini gerçəkləşdirməyin yeganə vasitəsi kimi müəyyənləşdirmiş şəxslər yenə də fəaliyyətdədirlər: "
Onların 11 aprel Prezident seçkilərinə hesablanmış hərəkətlərində başlıca məqsəd ölkə başçısı cənab İlham Əliyevin komandası daxilində nifaq toxumu səpmək, dövlət idarəçiliyində xaos yaradaraq vətəndaş etimadsızlığı üçün zəmin formalaşdırmaqdır. Dövlətimizə, ölkə başçısına sadiq insanların hədəfdə saxlanılması da məhz buna görədir.
Niyyətlərinə çata bilmədilər. Şübhəsiz, çata da bilməyəcəklər. Əli Həsənovun adının guya söyüş və təhqir dolu şərhlərin hazırlanmasında hallandırmaları siyasi iflaslarının son çırpınışıdır. İflasa məhkum olanlar həm xaricdə, həm də daxildədirlər.
Xaricdəkilərin məqsədi aydındır. Ayrı-ayrı anti-Azərbaycan dairələrin ölkəmizdəki maraqlarını təmin etmək üçün dəridən-qabıqdan çıxırlar. Bəs daxildəkilər nə istəyir? Görünür, hər kəsin asanlıqla söyülə, linç edilə bilinəcəyi vəziyyətin formalaşmasının arzusundadırlar. İqtidar hərislikləri, böyük və güclü olmaq niyyətləri bu qədərmi psixoz hal alıb? Çox təəssüf…"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat