Spiker deputata səsləndi - "Məsələni çox da şişirtmək lazım deyil”





"Ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verən insident Ermənistanın növbəti təxribatıdır. Ermənistan Rusiyanı da bu prosesə qoşmaq istəyir". Sherg.az-ın xəbərinə görə bu sözləri parlamentin iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili deyibki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja "Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətdi. Bu adam artıq baş katiblikdən getməlidir”.
Deputata reaksiya verən spiker Oqtay Əsədov isə qeyd edib ki, Bordyujanın açıqlaması çox savadsızdır: "İndi o gedəcək, məsələn, yerinə Köçəryan gələcək. Bordyuya savadız danışıb. Buna Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib, etiraz etdi. Ona görə də, məsələni çox da şişirtmək lazım deyil”.

Anar