Spiker jurnalistlərə çağırış etdi: "Fikirləri kontekstdən çıxarmaq olmaz"



Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov parlamentin işini işıqlandıran jurnalistlərə irad bildirib. Sherg.az-ın xəbərinə görə, O Əsədov deyib ki, media təmsilçiləri bəzən təhrifə yol verirlər: 

"Bəzən Milli Məclisə akkreditasiya olunmuş jurnalistlər iclasda səslənən fikirləri təhrif edirlər. Onlar diqqətli olmalıdırlar. Bəzi jurnalistlər fikirləri kontkekstdən çıxarırlar. Bu nu etməyin, diqqətli olmaq lazımdır”.
Anar