Spiker: “Ordumuz istənilən təxribatın qarşısını almağa hazır vəziyyətdədir”





 Milli Məclisin iclasında bəzi qanunların "Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırılması müzakirə edilib. 

"Sherg.az" bildirir ki, müzakirə zamanı spiker Oqtay Əsədov vurğulayıb ki, ordumuz güclüdür: "Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa hazır vəziyyətdədir. Odur ki, narahatlığa əsas yoxdur”.