Spiker Zurabişvilinin andiçməsində iştirak edəcək





Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Gürcüstana səfər edəcək.

"Sherg.az" "Report”a istinadən xəbər verir ki, parlament sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın yeni Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak edəcək.

S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da Telavi şəhərində keçiriləcək.