Şri-Lanka: 45-i uşaq olmaqla 320 ölü, 500 yaralı





Şri-Lankada kilsə və otellərdə törədilən partlayış nəticəsində ölənlərin sayı 320-ə çatıb ki, onlardan da 45 –i uşaqdı.

"Sherg.az” "lexpress.fr”ə istinadən xəbər verir ki, xəsarət alanların isə sayı 500 nəfər ətrafında dəyişir.
Xəbərdə o da deyilir ki, bu sui-qəsdlə bağlı artıq 40 nəfər saxlanıldı.

Qeyd edək ki, Şri- Lankada eyni anda 3 kilsə və 3 otel partladılıb. Partlayışlar paytaxt Kolombo, Neqombo və Battikaloa şəhərlərində baş verib. Otel və kilsələrə hücum dünən saat 08:45-də həyata keçirilib. Hücumlardan 4-ü paytaxt Kolombonun payına düşüb.

Tərcümə etdi: Ayyət Əhməd