Stadiona azərkeşlərin buraxılması şərtləri AÇIQLANDI
09:36 12.06.2021
Arxiv
361
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları artıq günlərdir ki, keçiriləcək oyunlarla bağlı Bakı Olimpiya Stadionunun (BOS) ətrafında təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Real" TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, keçiriləcək oyunlar zamanı azarkeşlər stadiona daxil olan zaman və digər hallarda heç bir təhlükə yaranmasın deyə polislər gücləndirilmiş iş rejimində çalışır:
“Oyunların təhlükəsiz şəkildə keçirilməsi, ölkəmizə gələn azərkeşlərə qonaqpərvər mühitin yaradılması üçün lazımı tədbirlər görülüb. Eyni zamanda digər xidmətlərin təşkili ilə bağlı daxili koordinasiya işi yüksək səviyyədə təşkil edilib”.
DİN rəsmisi qeyd edib ki, oyunların keçirilməsi zamanı koronovirus infeksiyası ilə bağlı yoxlama tədbirləri də nəzərdə tutulub:
“Stadiona buraxılacaq hər bir azarkeş, iştirakçı müvafiq rəqəmsal cihazla yoxlanılacaq. Əgər kimdəsə qızdırma, hər hansı şübhəli hal yaranarsa, onlar ərazidən kənarlaşdırılacaq. Bütövlükdə stadiona daxil olacaq şəxslər təhlükəsizlik və sağlamlıq yoxlamasından sonra içəriyə buraxılalcaqlar”.
“Azarkeşlər yalnız plastik qablarda 100 ml-ə qədər suyu açıq şəkildə apara bilərlər. Nəzərə alınmalıdır ki, xüsusilə pirotexniki vasitə, şüşə qab və əşyalarla stadiona daxil olunması qadağandır. Stadiona qədər 35-ə yaxın müxtəlif iaşə obyekti fəaliyyət göstərir. Azərkeşlərin hər hansı qida təminatları ilə bağlı zəruri ehtiyac olacaq vasitələr, məhsullar satışa çıxarılıb.
Qeyd edək ki, ictimai iaşə obyektlərində satışa çıxarılan hər şey oyunun beynəlxalq qaydalarına müvafiq şəkildə təşkil edilib. Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın illərdir idman sahəsində gördüyü işlərin nəticəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region
Qahirədə Ərdoğan və Sisi arasında təkbətək görüş keçirildi
16:54 04.02.2026
Dünya