“ “Star” Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafına təkan verəcək” - Deputat





"Ölkəmiz müstəqillik qazanan gündən Azərbaycan-Türkiyə münasibətləri həmişə çox isti olub. Amma Ulu öndər Heydər Əliyevin hakimiyyəə gəlişindən sonra bu əlaqələr daha da möhkəmləndi və yüksələn xətt üzrə inkişaf etdi”.

Bunu "Sherg.az”a dünən Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində Prezident İlham Əlievin səsləndirdiyi "Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük” fikirlərini dəyərləndirərkən millət vəkili Rüfət Quliyev bildirib. Parlamentari qeyd edib ki, son 4-5 ildə Türkiyə- Azərbaycan arasındakı, iqtisadi, siyasi, hərbi və mədəni əlaqələr daha da inkişaf edib:

" Əlaqələrin yüksək səviyyəyə çatması bizi də, türk xalqını da sevindirir. Hər iki ölkənin milləti fəxr edir. Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın bakıda baş tutan hərbi paradda Azərbaycan- türkiyə birliyi ilə bağlı söylədiyi fikirləri hələ də yaxşı xatırlayırıq. Bu əslində bütün dünya ölkələrinə bir mesaj idi. Prezident İlham Əliyev də dünən İzmirdə dostluq və qardaşlığımızın əbədi və sarsılmaz olduğunu bəyan etdi. Bu da bəzi dairlərə mesajdır. Dünyaya çatdırıldı ki, nə olursa olsun biz öz dostluq və qardaşlığımızı davam etdirəcəyik. Və bu dostluq sona qədər davam edəcək”.

Deputatın qənaətincə, "Star” layihəsi həm Azərbaycan, həm də Türkiyə iqtisadiyyatının inkişafına təkan verəcək:

" Bu layihənin həyata keçirilməsi və eyni zamanda ölkəmizin belə bir layihədə yer alması Azəbaycanın iqtisadi qüdrətinin göstəricisidir. İqtsadiyyatımız fundamental və stabil inkişafa malik olmasa, bu cür layihələrə qatıla bilməzdik. Bu gün Azərbaycan bir sıra nəhəng iqtisadi layihələrin təşəbbüskarı kimi çıxış edir və bu layihələrin gerçəkləşməsində birbaşa rola malikdir. Bütün bunlar ölkə iqtisadiyyatının dinamik inkişafından xəbər verir”.

Ayyət Əhməd