Sumqayıtda bina yandı: 5 nəfər xilas edildi




Sumqayıt şəhərində yanğın olub.

Sherg.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 4-cü mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 8 p.m elektrik kabeli yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini xilas edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.