Sumqayıtda dəhşətli hadisə: ÖLƏNLƏR VAR - YENİLƏNİB




Ötən gecə Sumqayıtda baş vermiş ağır qəzada ölənlərin sayı 2 nəfərə çatıb. Lent.az xəbər verir ki, saat 02:30 radələrində şəhərin Koroğlu küçəsində "OKA” və "Hyundai" markalı iki minik avtomobinin toqquşması nəticəsində ağır xəsarət alan və xəstəxanaya yerləşdirilən "OKA”nın 28 yaşlı sürücüsü orada vəfat edib.

Qeyd edək ki, ağır qəza nəticəsində 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlu hadisə yerində vəfat edib və onun cəsədini FHN-in əməkdaşları maşından çıxarıb.


*****


9:19


Sumqayıt şəhərində "OKA” və "Hyundai" markalı iki minik avtomobi toqquşub.


Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.