Tramp Ərdoğanla sonuncu telefon danışığında açıq bəyan etdi ki, Vaşinqtonun kürd terrorçuları dəstəkləməsi böyük səhvdir
Suriyadakı son proseslər ABŞ-ın xeyrinə deyil
07:59 28.11.2017
Arxiv
534
Ona görə də Tramp Ərdoğana verdiyi sözün üstündə durmaq istəyir
Tramp Ərdoğanla sonuncu telefon danışığında açıq bəyan etdi ki, Vaşinqtonun kürd terrorçuları dəstəkləməsi böyük səhvdir
Tramp Ərdoğanla sonuncu telefon danışığında açıq bəyan etdi ki, Vaşinqtonun kürd terrorçuları dəstəkləməsi böyük səhvdir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında baş tutan telefon danışığı zamanı ABŞ tərəfi terrorçu YPG-yə silah verməyəcəyinə dair söz verib. Ərdoğan ABŞ-ın YPG-yə silah verməsi ilə bağlı narahatlığını Trampa çatdırdıqdan sonra Tramp qəti şəkildə deyib ki, bundan sonra qruplaşmaya silah verilməyəcək. Buna baxmayaraq, hələ də bəzi ölkələr PKK-ya maddi və silah dəstəyi verir.
Türkiyə mediasının məlumatına görə, 19 ölkə PKK-ya yardım göstərir. Silah verən ölkələr arasında Rusiya, Böyük Britaniya, Almaniya, İtaliya, Çin, İspaniya, İsrail kimi dövlətin adları qeyd olunur. İddialara görə, Serbiya PKK ilə birgə Balkanlarda narkotik ticarəti həyata keçirir. Hollandiya, Belçika, İsveçrə, Yunanıstan, Fransa, Danimarka isə terror təşkilatına siyasi dəstək verir. Suriya, İraq və Ermənistanın xüsusi xidmət orqanları isə PKK terrorçularına hərbi təlimlər keçməklə, silahlıların Türkiyə əleyhinə hazırlanmasında bilavasitə iştirak edirlər.
Proseslə bağlı "Şərq” danışan siyasi ekspert Natiq Miri deyib ki, Amerika PYD-ni Obama dövründən silahlandırmağa başlayıb. Onun sözlərinə görə, Donald Trampın hakimiyyətə gəlişindən sonra türkiyəli həmkarı Ərdoğanla aralarında isti münasibət formalaşdı. Ancaq buna rəğmən PYD ilə bağlı ilk tələblər nəticə vermədi:
"Tramp işə başlayandan bu yana başı qalmaqaldan qurtulmayıb. Bu yöndə Trampa çox ciddi təzyiqlər edilir. ABŞ-ın qanunverici orqanı olan Konqresdə də Türkiyə əleyhinə işləyən xüsusi qruplar var. Ona görə də prezident məlum qruplara güclü müqavimət göstərə bilmir. Lakin Tramp Ərdoğanla sonuncu telefon danışığında açıq bəyan etdi ki, Vaşinqtonun kürd terrorçuları dəstəkləməsi böyük səhvdir. Ancaq bu səhv onun yox, özündən əvvəlki administrasiyanın səhvidir. Düşünürəm ki, bu məsələdə Tramp səmimi olaraq Ərdoğana verdiyi sözü tutmaq istəyir. Amma onun sözünün üzərində durmağı bacaracağı hələlik sual olaraq qalır”.
Ekspertə görə, əslində Trampın açıqlaması obyektiv yanaşmadır. Çünki Suriyadakı son proseslər Amerikanın xeyrinə deyil:
"Soçidə Rusiya, Türkiyə və İran liderlərinin görüşü də göstərdi ki, burada uduzan tərəf məhz ABŞ-dır. Beynəlxalq ictimai rəydə də bu üçlük qazandı. Artıq hər bir ölkə fərqindədir ki, kürd silahlılarının perspektivi yoxdur. Bundan sonra həmin qruplaşmaya dəstək vermək daha çox nüfuzdan düşməyə səbəb olacaq. Bu mənada Tramp sözündə durarsa, əslində ABŞ-ın maraqlarına uyğun addım atacaq. Görünür, artıq rəsmi Vaşinqton anlayır ki, bölgədə Türkiyəsiz hərəkət etmək mümkün deyil. Bunun özü ziyanın yarısından geri qayıtmaqdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə