Suriyadakı vəziyyət göz qabağındadır
08:18 08.08.2018
Arxiv
751
Belə olduğu halda Vaşinqton üçün Ankara ilə münasibətləri korlamaq ciddi problemlər yarada bilər
Türkiyə ABŞ-a nümayəndə heyəti göndərməyə qərar verib. Məlumata görə, Türkiyə-Amerika arasında ardıcıl görüşlərin təşkili barədə razılığa gəlinib və diplomatik əlaqələrin davam etdirilməsi barədə anlaşma əldə olunub. Nümayəndə heyəti Vaşinqtonda keçirdiyi görüşlərdə Türkiyənin ədliyyə və daxili işlər nazirinə qarşı tətbiq edilən sanksiyalar və iki ölkə arasındakı münasibətlərdə yaranmış problemlərin dialoq yolu ilə aradan qaldırılmasını müzakirə edəcək.
Məlumdur ki, amerikalı keşiş Endryu Branson FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunaraq Türkiyədə ev dustaqlığında saxlanılır. ABŞ Prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməyib.
Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı iki ölkə arasında ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb. Ekspertlərə görə, sözügedən anlaşma iki müttəfiq ölkənin münasibətlərini normallaşdıracaq.
Tərəflərin ziddiyyətli açıqlamaları ilə bağlı fikirlərini "Şərq”ə bölüşən siyasi elmlər namizədi Zaur Məmmədov indiki məqamda tərəflər arasında razılaşma əldə olunmasını məqsədəuyğun addım sayır. Ekspert ikitərəfli münasibətlərin baş tutmasına o qədər də pessimist yanaşmadığını deyib:
"Fikrimcə, tərəflər münasibətlərin ciddi şəkildə pozulmasına imkan verməyəcəklər. Hazırda ABŞ qarşı tərəfdə olan Rusiya və İranla mübarizə aparır. Suriyadakı vəziyyət də göz qabağındadır. Belə olduğu halda Vaşinqton üçün Ankara ilə münasibətləri korlamaq ciddi problemlər yarada bilər. Nəzərə almaq lazımdır ki, Türkiyə iqtisadiyyatı yetəri qədər Qərbə inteqrasiya olunub. Belə məqamda individual sanksiyaların iqtisadi sanksiyalarla əvəzlənməsi Ankara üçün problemlərə səbəb olar. Onsuz da Türkiyənin ciddi şəkildə iqtisadi inkişafa ehtiyacı var”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya