"Survivor"da dəhşətli cinayət: Acun və Türkiyə şokda - VİDEO
07:53 28.06.2018
Arxiv
540
"Survivor”un operatoru Dominikanda faciəvi şəkildə öldürülüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalının layihə rəhbəri və aparıcısı olduğu "Survivor”da dəhşətli hadisə yaşanıb. Müsabiqənin 24 yaşlı operatoru Alper Baycın Dominikanda bir neçə nəfərin silahlı hücumuna məruz qalıb. Türkiyə KİV-lərinin yazdığına görə, telefonunu və çantasını almaq istəyən oğrular gənci ürəyindən bıçaqlayaraq öldürüb. Tibbi müdaxilələrə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən dərhal sonra qaçmağa çalışan 2 şübhəli şəxs polis tərəfindən ələ keçirilib. Acun Ilıcalı onu qəhr edən bu acı xəbəri instaqram hesabından bildirib: "Dəyərli iş yoldaşımız, gənc qardaşım Alper Baycını vəhşi hücum nəticəsində itirdik. Yaşadığımız acı və üzüntünü sözlərlə təsvir edə bilmərəm. Ailəsinə və sevdiklərinə başsağlığı və səbirlər diləyirəm. Məkanı cənnət olsun".
Baş verən hadisədən dolayı Şimali Kiprdə bu axşam keçiriləcək dörddə bir finalının canlı yayımı ləğv edilib. Acun Ilıcalı Dominikanda "Survivor”ın operatoru Alper Baycın cinayətkar dəstə tərəfindən ürəyindən bıçaqlanaraq öldürülməsi haqqında TV 8-də açıqlama verib: "Hamımızın ömrünün bir gün başa çatacağını anlayan biriyəm, amma ani bir şəkildə itirdiyimiz gənc yoldaşımız haqqında deməyə söz tapmıram. Dostumuz hücuma məruz qaldı və edilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirdi”. Acun Ilıcalının ən yaxın dostu, "Survivor”ın Baş Koordinatoru, eyni zamanda ortağı Əsəd Yontuç müsabiqə proqramı müddətində ilk dəfədir ki, belə bir kədərli hadisənin baş verdiyi bildirib. Aparıcı canlı yayımdan acı xəbəri açıqlayarkən gözlərinin şişməsi diqqət çəkib. İddialara görə, işçisinin ölümündən təsirlənən Acunun üzü kədərdən şişib.
Onu da qeyd edək ki, Apler Baycın nişanlı olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət