Tanınmış jurnalistin evini yardılar- "Heç televizorun kreditini bitirməmişdim"

Tanınmış jurnalist İntiqam Valehoğlunun evində oğurluq hadisəsi baş verib. 
Bu barədə Sherg.az-a zərərçəkənin özü bildirib. 
Həmkarımızın sözlərinə görə, hadisəYasamal rayonu, Qanlı gölün Qərb sahili, ev 159-da bu gün səhər saatlarında qeydə alınıb: 
"Səhər tezdən mənə xəbər gəldi ki, qapılarınız açıqdı. Gəlib, gördüm ki, "lom"la qapını qırıb, evdən məişət əşyalarını oğurlayıblar. Ümumlikdə, mənə 1000-1500 manat ziyan dəyib. Çox güman ki, hadisə gecə saatlarında baş verib. Evdə heç kim olmayıb. Biz atam gildə olmuşuq. Şirə çəkən, televizor və sair kimi məişət əşyalarını aparıblar. Televizoru kreditlə almışdım, heç kreditni verib qurtarmamışam. Ev darmadaöğın idi. Axtarıblar ki, pul və ya qızıl tapsınlar, tapa bilməyiblər. Yasamal rayonu 28-ci bölmənin əməkdaşları gəlib, məndən izahat aldılar".
Ayyət