Ə.Məmmədli deyib, vətəndaşlar bu "Chat"ların fəaliyyətindən narazıdırsa, şikayət etməlidir:
Tanışlıq saytları, yoxsa qadın alverçiləri... ? ! - Porno yuvalar
09:16 26.09.2017
Arxiv
2029
Ələsgər Məmmədli: "Həmin saytlarda əxlaqsız hərəkətlərin təşviqi, qadın alveri, düzgün olmayan əməllər varsa, bu, hüquq-mühafizə orqanlarının da diqqətini çəkə bilər"
Ə.Məmmədli deyib, vətəndaşlar bu "Chat"ların fəaliyyətindən narazıdırsa, şikayət etməlidir:
"Ayrı-ayrı şəxslər "Chat"lar yaradıb onu reklam edirsə, bu, o demək deyil ki, həmin tanışlıq saytları "əxlaqsızlıq yuvası" adlandırılmalıdır".
Bunu "Sherg.az”a cəmiyyətdə və sosial şəbəkələrdə gənclər tərəfindən yaradılan tanışlıq saytlarının əxlaqsızlıq yuvası” adlandırılmasına münasibət bildirərkən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib.
O bildirib ki, nəzarət mexanizmini təmin etmək üçün vətəndaşları şikayətlərini hüquq-mühafizə orqanlarına bildirməlidir:
"Bunu müvafiq dövlət orqanları araşdırmalı, hüquq-mühafizə orqanları ittihamları dəqiqləşdirməlidir. Bütün bunlar olmadan hansısa kateqoriyada gəncləri günahlandırmaq olmaz. Həmin saytlarda əxlaqsız hərəkətlərin təşviqi, qadın alveri, düzgün olmayan əməllər varsa, bu hüquq-mühafizə orqanlarının da diqqətini çəkə bilər. Həmin resursları yaradanlar, qanunsuz fəaliyyətlə məşğul olanlar müəyyən oluna bilər. Hüquqi müstəvidə qiymət verilmədən həmin internet resurslarını "əxlaqsızlıq yuvası” adlandıra bilmərik”.
Ə.Məmmədli deyib, vətəndaşlar bu "Chat"ların fəaliyyətindən narazıdırsa, şikayət etməlidir:"Çünki ola bilər, bu ittihamlar zərər görən tərəfin, yaxud başqasının mənafeyinə xidmət edən formada yayılsın. Ona görə, konkret bu cür faktlar varsa, vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət edə bilər və bunun üzərində araşdırılma aparılar.
Eyni zamanda media bu məsələni araşdırır, dərc olunan, mətbuatda yayılan informasiyalar ictimai rəydə fərqli fikirlər yaradırsa, hüquq-mühafizə orqanları üçün başlanğıc olar. Bu problem narahatlıq yaradırsa və içərisində cinayət məsuliyyətinə oxşar hadisə varsa, o zaman prokurorluq da problemi araşdıra bilər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya