Tbilisidə yeni etiraz aksiyası başlayıb





İyunun 27-də Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

AZƏRTAC xəbər verir ki, bu saatlarda aksiyada az sayda insan iştirak edir. Amma onların sayının artacağı gözlənilir.

Səkkizinci gündür davam edən etiraz aksiyasının iştirakçıları Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını tələb edirlər.

Qeyd edək ki, G.Qaxaria Gürcüstanın televiziya kanallarında yayımlanan siyasi tok-şouların aparıcıları ilə iyunun 20-də Tbilisidə baş verən hadisələrlə bağlı sual-cavab formatında görüşdə istefa verməyəcəyini bildirib.