Elman Məmmədov: “Gedib sərgini dağıtsınlar, ermənilərə müqavimət göstərsinlər, kənarda dayanıb baxmasınlar”
Tbilisinin mərkəzində sərgi təxribatı...
07:50 28.11.2017
Arxiv
447
Gürcüstan ictimaiyyəti də etiraz etdi
Elman Məmmədov: “Gedib sərgini dağıtsınlar, ermənilərə müqavimət göstərsinlər, kənarda dayanıb baxmasınlar”
Elman Məmmədov: “Gedib sərgini dağıtsınlar, ermənilərə müqavimət göstərsinlər, kənarda dayanıb baxmasınlar”
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycana qarşı təxribat xarakterli tədbir təşkil edilib. Erməni apostol kilsəsinin Tbilisidəki "Ayartun” mərkəzində qondarma Dağlıq Qarabağ Respublikasından olan 7 gənc rəssamın əsərlərindən ibarət "Dirçəliş” adlı sərgi açılıb. Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyinin dəstəyi ilə keçirilir.
Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər. Mərasimə sərgidə əsərləri sərgilənən rəssamlardan biri - Samvel Davadyan da qatılıb. Azərbaycanın Gürcüstandakı səfirliyi məsələ ilə bağlı narahatlığını Gürcüstanın müvafiq dövlət qurumlarına çatdırıb. Gürcüstanın bəzi ictimaiyyət nümayəndələri də sərgiyə etiraz ediblər.
Politoloq, tarixçi-alim Quram Marxuliya deyib ki, Tbilisinin mərkəzində qondarma rejimin adından foto-sərginin açılması yolverilməzdir:
"Ermənilərin bu addımı Gürcüstan hökumətinə qarşı təxribatdır. Ona görə ki, separatizmdən əziyyət çəkən Gürcüstan hökuməti belə bir tədbirin təşkilinə icazə verməz. Görünür, ermənilər bu dəfə də Gürcüstan hökumətini aldadıblar”. Politoloqun sözlərinə görə, heç bir dövlət tərəfindən tanınmayan qondarma respublikaların bu cür addımlarının qarşısı alınmalıdır”. Tbilisi Dövlət Universitetinin professoru Badri Natçkebiya da bildirib ki, ermənilərin tanınmamış qondarma respublika adından bu cür sərgi təşkil etməsi düzgün deyil: "Biz erməni rəssamların sərgisinin açılacağı barədə məlumat almışdıq. Amma orada qondarma Dağlıq Qarabağ Respublikası adından sərgi açmaq heç bir etikaya və siyasi əxlaqa sığmır”.
Növbəti erməni təxribatı ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov bildirib ki, 1991-ci ildə yaradılmış cinayətkar və qondarma qurum rəsmən tanınmadığı üçün onun pasportu yoxdur. Ona görə də qondarma rejimin terrorçuları bütün xarici səfərlərini Ermənistan pasportu ilə həyata keçirirlər:
"Ermənilər rəsmi pasportla hansısa xarici ölkəyə ayaq basan kimi özlərini tanınmayan separatçı rejimin nümayəndələri kimi təqdim edirlər. Bir çox ölkələrdə Ermənistan səfirliyində qondarma qurumun bayrağı asılır.
Hətta şimal qonşumuz kimi bəzi ölkələrdə "müstəqil” nümayəndəlikləri belə var. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bizim çörəyimizin duzu yoxdur. Çörəyimizi yeyənlər, hesabımıza özlərinə gün-güzəran quranlar dostluğa xəyanət edirlər. Gürcüstanın ən dar məqamlarında yanında duran sadəcə Azərbaycan olub. Hər yardım çağırışlarında müsbət cavab vermişik. Ən mühüm və gəlirli beynəlxalq layihələrə Gürcüstanı da ortaq etmişik. Bu qədər yaxşılığın qabağında Tbilisi hökuməti ortaya ədalətli mövqe qoya bilməzdimi? Gürcüstandakı səfirimiz Dursun Həsənov çox işgüzar oğlandır. Yəqin ki, müəyyən tədbirlər görəcək. Ancaq bununla iş bitmir. Qonşu ölkədə yarım milyondan çox soydaşımız yaşayır. Elə paytaxt Tbilisinin özündə nə qədər azərbaycanlı var. Gedib sərgini dağıtsınlar, ermənilərə müqavimət göstərsinlər, kənarda dayanıb baxmasınlar”.
Deputat erməni din xadimlərinin sərgidə iştirakına da münasibət bildirib: "Bizim din xadimlərimiz Allah adamıdır. Ermənilərin keşişləri isə ən qəddar və qaniçən şəxslərdir. Onlar tarixən türk qanından doymayıblar və hər dövrdə bizə qarşı ən çirkin yollarla vuruşublar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə