"Təcili yardım sistemi əhaliyə operativ xidmət göstərə bilmir"- SƏHLƏNKARLIQ





Azərbaycanda təcili tibbi yardım xidməti sistemi bütün əhaliyə operativ xidmət göstərə bilmir.

Bunu Sherg.az-a təcili yardım maşınlarının gecikməsi məsələsindən danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlu deyib. 

Onun sözlərinə görə, təcili yardım maşınlarının gecikməsinin səbəbi nəqliyyatda tıxac problemi və ya onların ləng işləməsi deyil: 

"Sadəcə olaraq, təcili yardımlar daha çox ağır vəziyyətdə olan, xroniki xəstələrə, qəza baş verən yerlərə və daha təhlükəli çağırışlara tez getməyə çalışırlar. Sonra isə nisbətən yüngül hesab etdikləri xəstələrin ünvanına gedirlər. Onların bu sahədə imkanlarını nəzərə almalı və günahlandırmamalıyıq. Amma çox uzun müddətdə təcili yardımlar gecikirsə, artıq bu problemdir və səhlənkarlığın nəticəsi ola bilər”.

S. Cəlaloğlu qreyd edib ki, təbabətdə həkimin və təcili tibbi yardım maşınının sayı adambaşına hesablanır:

"Məsələn, normalda 2 min nəfər sakinə 1 nəfər sahə həkimi düşməlidir. Bizdə isə rayon, qəsəbə, kənd var ki, orada 10 min nəfərə 1 nəfər sahə həkim belə düşmür”.

Qeyd edək ki, təcili tibbi yardım maşınlarının çağırışlara gecikməsi ilə bağlı müraciətlər artıb.

Ayyət