"Təcrübədə kriptovalyutanın 90 faizə qədər ucuzlaşması müşahidə olunub" - EKSPERT
09:29 27.06.2018
Arxiv
873
"Kriptovalyutaların qiymətinin enib, düşməsi təbii haldır”
Bu sözləri "Sherg.az”a kriptovalyutaların qiymətinin 5 min ABŞ dolları dəyərində ucuzlaşmasından danışarkən iqtisadi-ekspert Fuad İbrahimov söyləyib.
Onun qənaətinə görə, bir müddətdir ki, kriptovalyutaların qiymətlərində ucuzlaşmalar müşahidə olunur:
"Bugünkü tarixdə aparılan tədqiqatlarda bitkoinlərin qiymətinin 6 min ABŞ dollardan aşağı enməsi də gözlənilir. Hətta sonuncu dəfə 2017-ci ilin noyabr ayının ikinci yarısında bitkoinlərin səviyyəsi 5.8 min ABŞ dolları səviyyəsinə qədər enmişdi. Ümumiyyətlə, bu kriptovalyutalar xüsusən də, bitkoinlər öz ticarət həyatını elektron ticarət platformalarında tapdıqdan sonra artıq bunun yuxarı və aşağı trendi ticarət əməliyyatlarından irəli gələn bir vəziyyətdir.
Təcrübədə kriptovalyutanın 90 faizə qədər ucuzlaşması müşahidə olunub. Sonradan mərhələli şəkildə qiyməti qalxıb. Burada aşağı və ya yuxarı trend əmələ gələcək və bunun ticarətini aparanların bir qisimi qazanacaq, bir qisimi də itirəcək. Müəyyən bir dövrdən sonra yenidən biz onun bəlkə bahalaşan bir formasını müşahidə edəcəyik. Bu standart bir rejimdir. Həmin rejimdə də öz dövriyyəsini, əməliyyatını aparmış olur. Burada heç bir qeyri-adi bir kataklizmin, geostrateji və siyasi bir məqam axtarmaq lazım deyil”.
Qeyd edək ki, dünyanın ən məşhur kriptovalyutası olan bitkoinin qiymətinin bu həftə, 2017-ci ilin oktyabr ayından bəri ilk dəfə 5 min ABŞ dollarından aşağı düşə bilər. Qonşu ölkənin maliyyə şirkəti - "Alpari"nin analitiki Vladislav Antonov bildirib ki, bitkoinin "qara gün"ləri Yaponiya və ABŞ-dan gələn xəbərlərdən sonra başlayıb. Belə ki, Yaponiyanın maliyyə xidmətləri agentliyi ölkənin 16 kriptovalyuta birjasında təhlükəsizliklə bağlı boşluqlar aşkarlayıb.
Rusiyanın ICG kriptovalyuta fondunun nümayəndəsi İqor Zartdinov isə deyib ki, birjaların təhlükəsizlik sistemlərindəki problemlər kriptovalyutalara inamı getdikcə azaldır. Müstəqil analitik Aleksandr Boyev isə qeyd edib ki, kriptovalyuta sayəsində əldə olunan "asan pullar dövrü" artıq bitib. Bitkoinin qiyməti ötən həftənin sonu ilə müqayisədə cüzi artaraq 6 147 dollara çatıb.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət