"Təhsilin, dünya görüşünün aşağı səviyyədə olduğu yerlərdə insan başqasının üzərində revanşını, özünə tabe etdirmək istəyini bu yolla ifadə etməyə çalışır”.
Bunu Sherg.az-a Kürdəmir rayonunda məktəbli oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib, videolentə çəkilməsindən danışarkən millət vəkili Fazil Mustafa deyib.
Deputat diqqətə çatdırıb ki, bu, Avropada insanın şəxsi həyatına müdaxilədir və çox ağır cəza tətbiq olunur:
"Bizim cəmiyyətdə də xüsusilə sosial şəbəkədə ictimailəşdirilməsi ciddi cəza ilə qarşılanmalıdır. Bu cinayətin cəza baxımından problemi yoxdur. Lakin profilaktik tərəfində böyük problemlər var. Azərbaycan uşaqlarının qapalı mühitdə böyüməsindənsə, savadlı şəkildə böyüdülməsinə çalışmaq lazımdır. Bir savadsız şəxs internetdə hansı informasiyalara maraq göstərə bilər ki? Hazırlıqsız adam nəyə meyl edəcək? Elə məsələ də buradan başlayır. Bir kitab oxumaq üçün internetdən istifadə etməyəcəklər”.
Deputatın sözlərinə görə, problemin profilaktik tərəfini həyata keçirmək üçün inqilabi təhsil islahatı aparılmalı, ailə institutunun sağlamlaşdırılması istiqamətində dövlət dəstəyi proqramı həyata keçirilməlidir:
"Bunu statistika, rəqəmlər göstərmək üçün etməkdən əl çəkməliyik. Daha çox burada diqqəti real düzəlmə prosesinə təkan vermək üçün yönəltməliyik. Əks halda belə vəziyyətlər çox olacaq. Bunu yayan insanlarla psixoloqlar məşğul olmalıdır. Onlar cinayətkarın nəyi məqsəd güdüb videoları yaydığını öyrənməlidir. Kiminsə həyatını məhv etmək üçün bu, bir mozaxizmdir. Etdiyi əxlaqsızlığın başqa – mozaxist formada yayılmasına meyl edir. Ona görə, bu cür hərəkətlərin stimullaşdırılması önə alınmalıdır. Bunları cəmiyyətin ayrı-ayrı təbəqələrində adiləşmiş hadisəyə çevirirlər. Müəyyən imkanlı insanlar arasında da adi proseslər kimi qiymətləndirilir. Azərbaycanda da belə hallar baş alıb gedir. Ona görə, profilaktik hissə barədə yaxşı düşünmək lazımdır.
Cinayəti törədən şəxs cinayət məsuliyyəti daşıyır. Yeniyetməyə qarşı bu cür addım atmaq, hadisəni ictimailəşdirməyə çalışmaq onun həyatını məhv etmək deməkdir. Olduğu mühitdən məcburi izolyasiyasına səbəb olacaq hadisədir. Ona görə, təkcə bir insanın cinayət törətməyindən söhbət getmir. Qarşı tərəfin həyatının məhv olmasını da nəzərə almalıyıq. Bu məsələ üzərində ciddi təhlillər aparılıb, təklif verilməlidir. İlk öncə təhsillə, dünya görüşü ilə bağlı xüsusilə bölgələrdə məsələyə diqqət ayrılmalıdır. Bunlar olmadıqda insanlar özünün mozaxist duyğularını ictimailəşdirərək təqdim etməkdən başqa ağlına heç nə gəlmir. Onlar rasional addım ata bilmədiyinə görə belə fikirlərə əl atır”.
Qeyd edək ki, rayonun kəndlərindən birində 18 yaşlı Mustafa Mehdiyev (ad və soyadlar şərtidir) həmkəndlisi, 13 yaşlı Fərid Babayevlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin şəxsin törətdiyi əməli videolentə alması səbəbindən məsələ seksual zorakılığa məruz qalmış yeniyetmənin valideynlərinə çatıb və onlar polisə müraciət ediblər.
Aysel Aslan