Təhsil Nazirliyi şagirdin müəllimi bıçaqlaması xəbərinə etiraz etdi
08:08 08.08.2018
Arxiv
854
Xəbər verdiyimiz kimi dünən şagirdin müəllimini bıçaqlaması barədə məlumat yayılıb. Məlumata görə, hadisə Abşeron rayonu, Digah qəsəbəsi ərazisində baş verib.
Bildirilib ki, sözügedən qəsəbə sakini, fiziki-tərbiyə müəllimi Coşqun Xanbabayevin ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi haqda polisə məlumat daxil olub. Abşeron rayon Mehdiabad polis bölməsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Məlumata görə, çox çəkməyib ki, polis müəllimi bıçaqlayan Rövşən İsgəndərovu saxlayıb. Araşdırma zamanı məlum olub ki, Rövşən İsgəndərov müəllim Coşqun Xanbabayevin şagirdi olub. Saxlanılan Rövşən bildirib ki, bir müddət əvvəl universitetə daxil olmaq üçün Coşqun Xanbabayevin yanına hazırlığa gedib. Dediyinə görə, kitab üstündə Coşqun Xanbabayev ilə arasında mübahisə yaşanıb və bu zaman müəlliminin döş qəfəsinə bir bıçaq zərbəsi vurub.
Yayılan xəbərə Təhsil Nazirliyi etiraz edib.
"Sherg.az" xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məsələyə bu cür münasibət bildirib.
"Abşeron rayonunda bu il və ötən 5 il ərzində belə adda ya orta məktəbi bitirən şagird var, ya da ki müəllim. Bunu rahatca Abşeron RPŞ- dən öyrənə bilərsiz.
Ancaq bunu bizdən və bu postu oxuyan həmkarlardan başqa kim biləcək?
Çoxmilyonlu tamaşaçı və "Azərbaycanda şagird müəllimi bıçaqladı” başlığı ilə manşet verən saytın oxuyucuları tamamilə doğru olmayan şagird müəllim şiddətini müzakirə edəcək və minlərlə müəllimin adına kölgə salan qara xəbər rəngində düşünəcəklər.
Və beləcə.. belə olmaz. Xəbər süjeti yayan, dərc edən həmkarlar axı niyə qeyri- dürüst məlumatı yayımlayırsız? Bir də niyə bizdə bıçaqlanan, avtoqəza keçirən hər hansı bir vətəndaş yaşı az olarsa hökmən şagird və əgər məktəbdə işləyərsə hökmən filan məktəbin müəllimi kimi qeyd olunur. Məgər, qəza keçirməyin də peşəsi var?
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm