"Tək Rusiya deyil, Belarus və Qazaxıstan da Paşinyandan narazıdır" - Professor





"2019-cu il də Ermənistanda siyasi, iqtisadi və sosial vəziyyət daha da pisləşəcək”.

Bunu "Sherg.az”a Ermənistandakı vəziyyəti dəyərləndirərkən ADA-nın professoru, siyasi elmlər doktoru Elnur Soltan deyib.

Onun sözlərinə görə, işğalçı ölkənin acınacaqlı durumu göz qabağındadır:

"2019-cu ildə Bako Saakyanla Nikol Paşinyan arasında gərginlik daha da şiddətlənəcək. Çünki artıq onların arasındakı qarşıdurma açıq şəkildə müşahidə olunur. B.Saakyan "Qarabağ klanı"nın keçmiş baş nümayəndəsidir. N.Paşinyan qondarma rejimin başına özünə yaxın adamlarından birini gətirmək istəyir. Amma bu, o qədər də asan deyil. Çünki Paşinyan bilir ki, ora seçdiyi şəxs Qarabağ ermənisi olmalıdır. 

Görünür, N.Paşinyan Qarabağ erməniləri içərisidən layiqli birini tapa bilmir. Eyni zamanda N.Paşinyan Ermənistanın siyasətini Qərbə doğru yönəltməsi və Rusiyaya arxa çevirməsi cavabsız qalmayacaq. Vladimir Putin Paşinyanın bu addımlarına göz yummayacaq. KTMT-nın baş katibliyi məsələsi fikirlərimizin isbatı sayıla bilər. Yəni baş katib N.Paşinyanın istədiyi kimi Ermənistan nümayəndəsi deyil, Belarus nümayəndəsi oldu. Bu da N.Paşinyanın maraqlarına bir zərbədir. Tək Rusiya yox, Belarus və Qazaxıstan da N.Paşinyandan narazıdır. Bu da Ermənistanda ciddi qarşıdurmaya səbəb olacaq”.

Kənan Eynuroğlu