Bağçalarda uşaqların tərbiyəsi ilə məşğul olan şəxslərin statistik göstəricilərinə gəlincə, ekspert diqqətə çatdırıb ki, dövlət bağçalarında bununla məşğul olanların 30 faizi yalnız orta təhsili olan şəxslərdir:" Amma özəl bağçalarda isə tərbiyəçilərin hamısı ali təhsillidir. Dövlət Statistika Komitəsi tərəfindən xəstəliyə yoluxan uşaqların sayının faizlə göstəricilərinə baxdıqda, özəl baxğalarda uşaqların 3-5 faizi xəstəliyə tutulursa, bu göstərici dövlət bağçalarında 60-70 faiz təşkil edir. Mütəmadi dövlət bağçalarında uşaqlar daha çox yolxucu xəstəliklərə məruz qalır. Bu ondan irəli gəlir ki, dövlət tərəfindən bu sahəyə ayrılan vəsait düzgün xərclənmir.
TƏKLİF: "Dövlət bağçaları BŞİH-dən alınıb Təhsil Nazirliyinə qaytarılmalıdır" - Biabırçılıq
Kamran Əsədov: "Ən dəhşətli statistik göstərici dövlət bağçalarında işləyən rəhbər şəxslərin 60 faizinin ali təhsilli olmamasıdır""Öncə “bağçamızda yer yoxdur” deyirlər, "haqq" aldıqdan sonra yer atpılır"
Bağçalarda uşaqların tərbiyəsi ilə məşğul olan şəxslərin statistik göstəricilərinə gəlincə, ekspert diqqətə çatdırıb ki, dövlət bağçalarında bununla məşğul olanların 30 faizi yalnız orta təhsili olan şəxslərdir:" Amma özəl bağçalarda isə tərbiyəçilərin hamısı ali təhsillidir. Dövlət Statistika Komitəsi tərəfindən xəstəliyə yoluxan uşaqların sayının faizlə göstəricilərinə baxdıqda, özəl baxğalarda uşaqların 3-5 faizi xəstəliyə tutulursa, bu göstərici dövlət bağçalarında 60-70 faiz təşkil edir. Mütəmadi dövlət bağçalarında uşaqlar daha çox yolxucu xəstəliklərə məruz qalır. Bu ondan irəli gəlir ki, dövlət tərəfindən bu sahəyə ayrılan vəsait düzgün xərclənmir.
"Təssüflər olsun ki, əksər dövlət bağçalarında bir çox problemlər hələ də qalmaqdadır. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı o qədər də çox deyil. Amma onların çoxu dövlətin tələb etdiyi standartlara cavab vermir".
Bu sözləri "Sherg.az"a təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov deyib.
O qeyd edib ki, bağçalar 2011-2012- ci il tədris ilindən etibarən Təhsil Nazirliyindən ayrılıb Bakı Şəhər İcra Hakimyətinə verildi. Hazırda ölkədə orta məktəblərin sayı 4472-dirsə, baxğaların sayı bundan kəskin şəkildə azdır:
"Bu da düzgün deyil. Xarici ölkələrdə, xüsüsən də Yaponiyada bağçalarla orta təhsil məktəblərinin sayı bərabərdir. Əslində bu, bütün ölkələrdə belə olmalıdır. Azərbaycanda bağçalarla bağlı ilk problemlərdən biri budur. Məktəbəqədər təhsil mərkəzlərinin sayı 1600-dür. Onların da 67-si özəl bağçalardır. Özəl bağçaların 66-sı paytaxtda yerləşir. Digəri isə başqa regionumuzdadır. Ən dəhşətli statistik göstərici dövlət bağçalarında işləyən rəhbər şəxslərin 60 faizinin ali təhsilli olmamasıdır. Onlar sadəcə orta təhsili insanlardır. 2016-cı ildə qəbul edilmiş qanun layihəsində göstərilib ki, uşaq bağçalarında fəaliyyət göstərən şəxslər ali təhsilli olmalıdır. Amma özəl bağçalarda işləyən şəxslərin hamısı ali təhsillidir".
Bağçalarda uşaqların tərbiyəsi ilə məşğul olan şəxslərin statistik göstəricilərinə gəlincə, ekspert diqqətə çatdırıb ki, dövlət bağçalarında bununla məşğul olanların 30 faizi yalnız orta təhsili olan şəxslərdir:" Amma özəl bağçalarda isə tərbiyəçilərin hamısı ali təhsillidir. Dövlət Statistika Komitəsi tərəfindən xəstəliyə yoluxan uşaqların sayının faizlə göstəricilərinə baxdıqda, özəl baxğalarda uşaqların 3-5 faizi xəstəliyə tutulursa, bu göstərici dövlət bağçalarında 60-70 faiz təşkil edir. Mütəmadi dövlət bağçalarında uşaqlar daha çox yolxucu xəstəliklərə məruz qalır. Bu ondan irəli gəlir ki, dövlət tərəfindən bu sahəyə ayrılan vəsait düzgün xərclənmir.Dövlət büdcəsindən hər il bağçaların saxlanılması üçün gündəlik adam başına maliyyələşmə mexanizmi tətbiq olunur. Yəni gün ərzində uşaqlara günorta, axşam yeməyi ən yüksək standartlarla dövlət büdcəsindən vəsait ayrılmaqla verilir. Amma real məsələ ondan ibarətdir ki, birincisi, İcra hakimiyyətləri vəsaitin müəyyən hissəsini mənimsəyir. İkincisi, bağça direktorları qalan pulun bəzi məbləğini özlərinə götürürlər. Üçüncüsü, müəllimlər və aşpazlar bağça üçün ayrılmış vasitələri mənimsəyirlər. Bağçalarda uşaqlara sup, əriştə kimi o qədərdə uyğun olmayan yeməklər verirlər. Valideynlər də məcbur olub uşaqlara əlavə yimək verır. Bu cür təşkilatçılıq doğru deyil".
Ekspert onu da əlavə edib ki, dövlət uşaq bağçalarında mühafizə çox aşağı səviyyədədir:
"Bu vəzifəni yaşlı insanlar yerinə yetirirlər. Amma özəl bağçalarda bu iş xüsusi mühafizəçilər həyata keçirir. Dövlət uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətindən alınıb Təhsil Nazirliyinə qaytarılmalıdır. Çünki təhsilin bütün pillələri arasında əlaqə var. Şagirdlərin ibtidaidən aliyə qədər zəncirvari eyni tədris proqramını mənimsəməsi üçün təhsilin bütün pillələrinin eyni qurumun tərkibində olması vacibdir. İstər məktəbəqədər olsun, istərsə də, orta məktəbdə olsun uşaqların dərs yükü düzgün şəkildə bölünməlidir. Anlama, dinləmə, qavrama kimi vərdişlər uşaqlara bağçalarda öyrədilməlidir. Bütün bunlar isə Təhsil Nazirliyinin tərkibində düzgün bölünə bilər".
K.Əsədov bağçalardakı yer qıtlığından da söz açıb:
"Valideynlər dövlət bağçalarına müraciət edib, uşağını ora yerləşdirmək istədikdə valideyinlərə dedikləri ilk söz "baxçamızda artıq yer yoxdur” olur. Bununla da uşağı qəbul etməkdən imtina edirlər. Müəyyən "haqq" tələb edib, onu aldıqdan sonra uşağa yer tapılır. Halbuki dövlət tərəfindən dövlət baxğasında uşaqların bütün xərcləri ödənilir. Heç kim onlardan aylıq pul tələb edə bilməz. Bəzən valdeynlərdən 50, 60, bəzən də 100 manat pul tələb edirlər. Bunu etmək olmaz. Valdeynlərdən əsassız şəkildə pul almaları cinayətdir. Bu vəziyyətdən yeganə çıxış yolu baxğalara qəbulun olnayn aparılmasıdır. Bundan əlavə "Mektebeqebul.edu.az” portalı var. Hesab edirəm ki, ibtidai məktəblərlə yanaşı bağçalar da həmin portala qoşulmalıdır. Hər kəs öz ərazi dairəsinə daxil olan bağçalara onlayn şəkildə qeydiyyata düşməlidir. Bütün problemlərin yalnız çıxış yolu budur”.
Ekspert bildirib ki, 55 manatdan yuxarı verilən pul rüşvət sayılır:
"Bəzən valideynlər məsələni çox uzatmamaq uçün buna göz yumur. Çox vaxt buna şərait yaradan valideynlərin özləridir. Azərbaycanda bu hallar yaşandığı zaman hüquq mühafizə orqanlarına müraciət edilməlidir. Təkidlə bunun qanunsuz olduğunu demək və bunu sübut etmək lazımdır. Bununla bağlı kifayət qədər qanunvericilik bazası var. Həmin müəsisənin rəhbərlərinə vəzifəsini anlatmaq lazımdır. Çünki qanun bütünlüklə bunu təsdiqləyir. Əgər həmin müəssisənin rəhbəri hüquqi addım atmırsa, bu zaman valideynlər hüquq mühafizə orqanlarına, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Prokuroluğa, və polisə müraciət etməlidir. Bir neçə nəfər "dərs" alsa, bu neqativ hallar aradan qalxar".
Kənan Eynuroğlu