Tənha, ahıl, əlil şəxslərə səyyar formada xidmət göstərilir
22:06 30.11.2017
Arxiv
418
Novella Cəfəroğlu: “Bu layihə həmişəlik deyil, 4-6 aylıq bir layihədir”
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərildiyini bildirib.
Qeyd edək ki, ölkəmizdə sosial qayğıya ehtiyacı olan xeyli sayda insan var. Məhz belə bir təşəbbüsün görülməsi ictimaiyyətdə təqdirəlayiq addım olaraq qiymətləndirilir. Maraqlıdır, köməyə ehtiyacı olan vətəndaşlar necə aşkarlanır və proses necə yerinə yetirilir?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında bildirib ki, belə bir proyektin həyata keçirilməsi üçün müəyyən çərçivələr olmalıdır. Onun sözlərinə görə, sosial yardımın həyata keçirilməsi üçün aztəminatlı ailələr, xəstələr, ahıl insanlar və kimsəsizlər uçotdan keçməlidir:
"Əvvəlcə araşdırılmalıdır ki, Azərbaycanda nə qədər kimsəsiz və köməyə ehtiyacı olan insanlar var. Dövlət bu cür tədbirləri mütəmadi olaraq etməlidir. Bu olduqca alqışlanası bir təşəbbüsdür. Lakin bu layihə həmişəlik deyil. 4 və yaxud da 6 aylıq bir layihədir. Düşünürəm ki, belə tədbirlərin görülməsi üçün bir fond açılmalıdır və bu fonda biznesmenlər, nazirliklər xırda miqdarda da olsa pul köçürmələri etməlidir. Həmin maddi vəsaitlə də bu cür işlər yerinə yetirilə bilər. Qeyd edim ki, bu proseslə ancaq başı çıxan adamlar məşğul olmalıdırlar. Həmin şəxslər də sosial işçilər adlanır. Çox istərdim ki, belə layihələrin davamı olsun”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm