Tereza Mey partiyasından zərbə aldı





"Avropa İttifaqi ilə Böyuk Britaniya Brexit mübahisəsi davam edir. Bu mübahisə artıq ölkədaxili problemə çevrilib. Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdə çıxışı zamanı Boyuk Britaniyanin daxili işlərində hüquqları və səlahiyyətləri Avropa Ittifaqinin bu huquqlardan azad olunmasini tələb etdi. Bu məsələ səsverməyə çıxarıldı, ancaq nəticə baş nazirin əleyhinə oldu".

Bu barədə "Sherg.az"a Böyük Britaniya parlamentində "Brexit"lə bağlı baş nazir Tereza Meyin məğlub olması məsələsini şərh edərkən Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Hacər Kişiyeva bildirib. Gənc politoloqun sözlərinə görə, T.Meyin bu inadakarlığı heç onun öz partiyadaşları tərəfindən dəstək qazanmadı:

"Tereza Mey yanlış zamanda yanlış addım ataraq bəlkə də haqlı olduğu halda haqsız çıxdı. Tereza Mey Brexitə görə Brüssellə üz-üzə qalarkən və borc məsələsində Avropa İttifaqı ilə ortaq məxrəc tapmazkən indi də daxildə ciddi təlatümlə üzləşib. Bunun fəsadları onun hökumətini laxlada bilər”.