Terrorçu müqavimət göstərirsə məhv edilməlidir
09:04 18.07.2018
Arxiv
835
Ən inkişaf etmiş ölkələrdə belə ağır cinayət törətmiş, polis öldürmüş şəxslərin məhv edilməsi taktikası tətbiq edilir
Hazırda Gəncədə baş verən hadisələr, onun yaranma şəraiti və nəticələrinin aradan qaldırılması kimi suallar cəmiyyəti daha çox düşündürürür. Azərbaycan ictimaiyyəti, eləcə də siyasi qurumlar birmənalı olaraq Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənləri, eləcə də dini-ekstremist təşkilatla bağlı olan şəxsləri qəbul etmir.
Hesab olunur ki, iki polis əməkdaşının qətlində şübhəli bilinən və iyulun 13-də keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən yerində məhv edilən terrorçu Rəşad Böyükkişiyev kimi şəxslərin cəmiyyətimizdən təmizlənməsi vacibdir. Hətta bu cür virusların dini adət-ənənələrə uyğun olaraq müsəlman qəbiristanlığında dəfn edilməsini də yolverilməz hesab edirlər.
Düzdür, dövlətin polisinə silahlı hücum edən terrorçuları, radikalları müdafiə edənlər də tapılır. Lakin həmin düşüncə sahiblərinin hansı kənar qüvvələrin təzyiqi və təsiri ilə hərəkət etdikləri heç kimə sirr deyil. Ağır cinayət törətmiş terrorçuların yerindəcə güllələnməsinin doğru olduğunu düşünənlər daha çoxdur. Ən inkişaf etmiş ölkələrdə belə ağır cinayət törətmiş, polis öldürmüş şəxslərin məhv edilməsi taktikası tətbiq edilir.
Millət vəkili Aqil Abbas da hesab edir ki, polisə əl qaldıran əllər qırılmalıdır: "Amerika Birləşmiş Ştatlarında edam hökmü rəsmi ləğv olunub. Amma bir qanun hələ də yaşayır. Polis işçisi öldürülən zaman onun çiyindaşı vəzifəsindən istefa verir, silahını da, nişanını da təhvil verərək məsləkdaşının intiqamını almağa gedir. Faktiki olaraq, Amerikada polisi öldürəni məhv edirlər. Hətta yol polisinin ona müqavimət göstərən sürücünü güllələmək icazəsi var. Bunu deyəndə məni qınayırlar. Gəncə hadisələrində polisə silahlı müqavimət göstərən şəxs Şəmkirdə tapılaraq zərərsizləşdirilib. Polisə əl qaldırmaq, dövlətə əl qaldırmaqdır. Azərbaycanın gerbini alnında, ulduzlarını çiynində daşıyan polisə əl qaldıranı mən bağışlamaram”.
"Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli "Şərq”ə deyib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsdlə bağlı məsələlərin müzakirəsində bəzi dairələr tərəfindən ölkəmizə qarşı açıq-aşkar qərəz, ikili standarta əsaslanan yanaşma, siyasi opponentlərə münasibətin proeksiyasının şahidi oluruq.
Ekspertin sözlərinə görə, Azərbaycanda "hər şeydən narazı” bir qrup formalaşıb ki, onlar müasir kommunikasiya vasitələrindən istifadə edərək, özlərinin rəyini bütün cəmiyyətə translyasiya etməyə cəhd göstərirlər.
Gəncədə sui-qəsd olaylarında bunu gördük. Bu qrupa daxil şəxslər üçün dövlətçilik maraqları arxa plandadı. Onlar üçün konkret situasiyada qrup və siyasi maraqlar önə çıxır. Bu şəxslər özlərindən başqa hər kəsi sorğulamaq haqqına malik olduqlarını düşünürlər. Tənqid, irad qəbul etmirlər. Yalnız özlərinin fikrini həqiqətin təzahürü sayırlar. Gəncə şəhərində polis zabitini qətlə yetirən terrorçulardan birinin xüsusi əməliyyat zamanı öldürülməsi də məhz siyasi maraqlar kontekstində şərh edilir. Halbuki, hüquq-mühafizə orqanları əməliyyat və terrorçunun özünün hərəkətlərinin onun ölümünə zəmin yaratması barədə ətraflı məlumat veriblər.
Əməliyyat zamanı son zərurət tədbiri kimi terrorçu öldürülüb. Xüsusi təyinatlılar nə etməliydi? Terrorçu ilə uzun-uzadı müzakirə aparmalıydılar, yaxud debat etməliydilər? Gəncədəki kimi özlərini qurban verməliydilər? Ümumiyyətlə, bütün dünyada terrorçulara təslim olmaq təklif olunur. Şəmkirdəki əməliyyat zamanı da bu praktikadan istifadə edilib, terrorçu isə öz məhvinə aparan qərar verib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm