“Təşkilatımızın İstanbulda seçki qutularına nəzarətində qüsurlar ola bilər” - Ərdoğan
07:03 10.04.2019
Arxiv
542
"Təşkilatımızın İstanbulda seçki qutularına nəzarətində qüsurlar ola bilər”.
ONA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdarkən təyyarədə jurnalistlərə deyib.
Prezident İstanbuldakı bələdiyyə seçkisində səsvermə zamanı saxtalkarlıqlara yol verildiyi iddialarının olduğunu bildirib. Bu məsələni sonuna qədər izləyəcəklərini vurğulayan Ərdoğan əlavə edib ki, şübhəli məqamlar saxtakarlıq olduğunu göstərir:
"Əslində səmimi davranış olsa, bu, seçkinin ləğvinə aparar”.
Ərdoğan bildirib ki, namizədlər arasındakı 13-14 min səs fərqi onlardan çox səs toplayanın bələdiyyə sədrliyinə mane olmur: "Gəlin, şübhələri aradan qaldıraq, Ali Seçki Qurumu (YSK) qərarını verəndən sonra bu iş bitsin. Amma bunlar etirazı həzm edə bilmirlər. Niyə etiraz etməyək? İstanbul kimi şəhərdə namizədlər arasında başlanğıcda 30 min olan səs fərqi etirazlardan sonra 13 minə düşür. İndi bunun başını buraxaq? Etirazlar davam etməlidir ki, YSK da son qərarını versin. Hətta səs fərqi 1 nəfər olsun, YSK-nın qərarıdırsa, qəbulumuzdur”.
Türkiyə Prezidenti deyib ki, qeydə alınan qanunsuzluqlar seçkinin nəticəsinin ləğvinə əsas verir.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. YSK Əkrəm İmamoğlunun 26 səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Nəticədə səs fərqi 15 min nəfərə düşüb.
İstanbulda seçkinin nəticələrinin ləğv olunacağı bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat