Testin ləğvindən sonra qəbul prosesi necə aparılacaq ? - Professor




"DİM-in test sistemini tamamilə ləğv edəcəyini düşünmürəm”.

Bunu "Sherg.az”a qəbul imtahanlarında test sisteminin ləğvinə münasibət bildirərkən "Xəzər” universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib. 

O bildirib ki, yeni modellər hazırlanır və qəbul imtahanlarının hazırkı testlər kimi deyil, yeni modellərlə aparılması nəzərdə tutulub:

"Yeni modeldə mümkündür ki, qəbul imtahanları birləşdirilsin. İkinci tərəfdən orta məktəbdən məzunluq imtahanı tək testdən ibarət olmayacaq. Test imtahanı ilə paralel olaraq, şifahi və ya yazılı imtahanlar da keçirilə bilər. Bu cür əlavələri test sisteminin ləğvi kimi şərh etmək düzgün deyil”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ötən gün test imtahanlarının ləğv ediləcəyi ilə bağlı açıqlama verib. Sədrin sözlərinə görə, 2019-cu ildən artıq yeni modellər tətbiq ediləcək.

Aysel Aslan