"The Guardian" Xınalıq kəndini ən yaxşı macəra məskəni elan edib
13:24 21.10.2018
Arxiv
641
Ekspert bildirib ki, ölkəmizdə turizmin inkişafı üçün otellər, turizm obyektləri təbliğat xarakterli işlər görsələr, daha yaxşı olar
İngiltərənin məşhur "The Guardian" nəşri qeyri-adi macəra yaşamaq istəyənlər üçün Avropanın 10 ən yaxşı məntəqəsinin siyahısını dərc edib. Siyahıda Qubanın dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndinin də adı var.
Xınalıq haqqında yazılan məlumatda Azərbaycanın ən yüksək kəndinin Qafqaz dağlarının zirvəsində yerləşdiyi, əhalisinin heyvandarlıqla məşğul olduğu qeyd olunub. Məqalədə sıldırım qayalar arasından, dərin dərələrdən keçən Xınalıq yolunun turistlərə ekstrim yaşatdığı bildirilir. "The Guardian" yazır ki, Qubadan Xınalığa 18 funt-sterlinq xərcləməklə getmək olar. Qonaqpərvər kənd sakinlərinin evində gecələmək və ləziz yeməklərdən dadmaq üçün də bir o qədər xərc tələb olunur.
Sözügedən nəşrdə Xınalıq kəndinin turistlər üçün əlverişli yer olduğunun qeyd edilməsi ölkəmizin turizm sektorunun inkişafından xəbər verir. Həm iqtisadi, həm də Azərbaycanın tanınması baxımından turizmin daha da inkişaf etdirilməsi əsas hədəflərdən biridir.
Turizm üzrə ekspert Elxan Vəliyev də "Şərq”ə açıqlamasında "The Guardian" nəşrində Xınalıq kəndi ilə bağlı məlumatın dərc edilməsinin sevindirici hal olduğunu deyib. Ekspert bildirib ki, ölkəmizdə turizmin inkişafı üçün otellər, turizm obyektləri təbliğat xarakterli işlər görsələr, daha yaxşı olar:
"Təəssüf ki, ölkəmizdəki turizm obyektlərinin reklam çarxları məhduddur. Düzdür, son zamanlar bu sahədə aktivlik müşahidə olunur. Azərbaycanla bağlı videoçarxlar hazırlanmalıdır. Xarici vətəndaşlar bilməlidir ki, ölkəmizdə nələr var. Məsələn, Azərbaycanın gəzib-görməli yerləri ilə bağlı "yutub” kanalında videolar yerləşdirmək olar. Yəni ölkəmiz haqqında məlumatlar müxtəlif sosial şəbəkələrdə yerləşdirilməlidir. Ümumiyyətlə, hər bir turizm obyekti dövlətin hansısa tədbir görməsini gözləməli deyil.
Təbii ki, Xınalıq kəndi ilə yanaşı Zaqatala, Balakən, Qəbələ kimi görməli yerlərimiz də var. Xınalıqla bağlı məlumatın nəşr edilməsində dövlətimizin də dəstəyi olub. Lakin bu gün adımız nəşrdə yazılsa da, sabah yazılmaya bilər. Ona görə də mütəmadi addımlar atılmalıdır.
Turizm şirkətləri və otellər düzgün bələdçi xidmətimizi, rayonlarımızda olan turizm məntəqələrini əks etdirən məlumatları dünya ölkələrinə təqdim etməlidirlər. Bu yalnız dövlətin deyil, turizm obyektlərinin, otellərin də işidir”.
Ekspert bildirib ki, turistlər getmək istədikləri ölkənin şəraiti, otelləri, gəzməli-görməli yerləri, tarixi abidələri haqqında məlumatlı olduqda, bu, onlar üçün daha maraqlı olur:
"Əlavə olaraq kampaniyalar da keçirilə bilər. Mövsümə görə münasib festivallar olur. Turizm şirkətlərimiz də bu festivallara dəstək olsa, daha böyük işlər görülə bilər. Məsələn, bu yaxınlarda "Xurma” və "Nar” festivalları olacaq. Bu festivallara qatılmaqla otelləri gözəl şəkildə doldurmaq olar. Amma bunu yalnız dövlət etməli deyil. Turizm şirkətləri də bu işdə maraqlı olmalıdırlar. Qarşılıqlı şəkildə planlaşdırma edib müxtəlif işlər görülə bilər. Belə olduqa ölkənin turizmi ilə bağlı vəziyyət daha da yaxşılığa doğru gedəcək”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət