"The Washington Times": Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir
08:19 16.10.2018
Arxiv
465
Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir.
Trend-in məlumatına görə, bu barədə "Caspian Group Holdings”in baş direktoru Rob Sobhaninin "The Washington Times” qəzetində dərc olunmuş məqaləsində deyilir.
Məqalədə qeyd olunur: "Bu dünyəvi müsəlman ölkəsi ABŞ-ın dünya arenasında ən etibarlı, amma, eyni zamanda dəyəri bilinməyən müttəfiqlərindən biridir”.
ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana planlaşdırılan səfərindən danışan R.Sobhani vurğulayıb ki, bu səfəri Vaşinqtonun öz müttəfiqinə dəstəyini nümayiş etdirməsi üçün istifadə etməlidir.
Daha sonra müəllif qeyd edir ki, Azərbaycan Xəzər dənizində fəal kəşfiyyat, yataqların işlənməsi və enerji ehtiyatlarının dünya bazarlarına nəqli üzrə ABŞ-ın məqsədlərini bölüşür:
"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ən etibarlı ixrac dəhlizinə və enerji ehtiyatlarının dünya bazarlarına tədarükünün şaxələndirilməsi xəttinə çevrilib. Bolton Qərbin enerji təhlükəsizliyinin möhkəmlənməsinə Azərbaycanın töhfəsini alqışlamalıdır”.
R.Sobhani qeyd edir ki, Prezident İlham Əliyev Azərbaycanı ABŞ-ın bir çox məqsəd və mədəni dəyərlərini bölüşdürən sabit, müstəqil, çiçəklənən, tolerant və müasir ölkəyə çevirmək niyyətini reallaşdıra bilib:
"Azərbaycan dünyada ən qədim yəhudi icmasının vətənidir və onun liderləri qürurla bəyan edirlər ki, əgər hansısa yəhudi dünyanın hər hansı bir hissəsində təhlükədə hiss edirsə o, Azərbaycana köçməlidir”.
O əlavə edib ki, C.Bolton öz səfərindən ABŞ-ın bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda və ədalətli nizamlanmasına sadiqliyini təsdiq etmək üçün istifadə etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi