Tofiq Abbasov: "ABŞ öz siyasətini dəyişməldir"




ABŞ Azərbaycanla bağlı siyasətinə bundan sonra da diqqət etməlidir. Bu sözləri Sherg.az politoloq Tofiq Abbasov söyləyib. 

Ekspert qeyd edib ki,Tramp ABŞ xarici siyasətinə daha həssas və ölçülü yanaşmalıdır: 

" Dağlıq Qarabağ probleminin həllində sabiq prezidentliyə namizəd Hillari Klinton, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik və digər Amerika rəsmiləri dəfələrlə ermənipərəst mövqelərini ortaya qoyublar. Bu mövqe isə indiyə qədər münaqişənin tənzimlənməsinə imkan verməyib. Cənubi Qafqaz Avrasiya məkanında və dünya siyasətində kommunikasiya əhəmiyyətinə, geosiyasi önəminə, tranzit layihələrin əvəzsiz dəhlizi olmasına görə vacib regiondur. Bu səbəbdən Vaşinqton Bakının iqtisadi tərəfdaşı kimi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olmalıdır. Amerikanın qlobal miqyasda imicinə zərbə dəydiyinə görə, münaqişə ocaqlarının aktivləşdirilməsi səmərəli deyil. Nəticə olaraq, Amerika Azərbaycanla fəal əməkdaşlığa çalışmalıdır”.


Politoloq ABŞ-ın Azərbaycan siyasi mövqelərini zəiflətməyə çalışdığını da diqqətə çatdırıb:

"Sirr deyil ki, ABŞ siyasi təşkilatları, Emənistanla yaxından tərəfdaşlıq edir. "Qarabağ proyekti” hələ sovet ittifaqının mövcudluğu vaxtından Amerika tərəfindən maliyyələşdirilən layihə idi. Bu separatçı layihənin birbaşa təşkilati mənbəyi Mərkəzi Kəşfiyyat İdarəsinə gedib çıxırdı. Bu proseslərdə artıq gizli məqam yoxdur. ABŞ Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən öz xeyri üçün istifadə edib. Artıq bu siyasət dəyişməli və ABŞ regionun sabitliyinin təmin edilməsinə çalışmalıdır. Bu, baş verərsə, həm Qafqaz regionunun, həm də Amerikanın özü üçün önəmli dəyişiklik olacaqdır”.

Qeyd edək ki, Donald Trumpın ABŞ prezidenti seçilməsi "Bundan sonra "Vaşqinton Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində hansı mövqedən çıxış edəcək?" kimi sullara yola açıb.

Aysel Aslan