“Toy səhnə sayıla bilməz”
09:33 18.07.2018
Arxiv
803
Yalçın Rzazadə: “Palatka” musiqiləri efirlərə ayaq açır”
Bu gün toyu səhnə hesab edənlər də var, səhnəni səhnə ilə səhv salanlar da. Toyda oxumaq səhnədə oxumaqla eyni məsuliyyəti tələb edirmi? Toyu səhnə hesab etmək olar, ya yox, bu fikrə illərin sənətkarı, xalq artisti Yalçın Rzazadə "Şərq”də cavab verdi: "Bilirsiz, səhnə həqiqətən məsuliyyət tələb edən bir müqəddəs məkandır.
Ora çıxmaq sənətçidən istedad, təcrübə, sənət, səhnə mədəniyyəti tələb edir. Mən Tofiq Quliyev, Cahangir Cahangirov kimi bəstəkarların mahnıları ilə repertuarı qurmuşam. Vaxtilə böyük bəstəkarlar məhz mənim üçün mahnı yazırdılar.
O qədər geniş repertuarım var idi ki, bu gün də mənə bəs edir. O zamanlar hər kəs mahnı yazmağa cürət edə bilməzdi. Senzura var idi, səhnəyə nəzarət olunurdu. Ona görə də səhnəyə təsadüflərin gəlməsi demək olar mümkün deyildi. Bu gün isə zaman dəyişib. Mən demirəm ki, toya getmək qəbahətdi, toyda oxumaq müğənniyə utanc gətirər. Qətiyyən, ən böyük sənətkarlar belə zaman-zaman toylarda oxuyub.
Kimisi dolanışığını yaxşılaşdırmaq üçün, kimisi qohum-əqrəbanın, dost-tanışın xahişi ilə toyda oxumalı olub. Mən də ara-sıra toylara getmək məcburiyyətində qalmışam. Dolanmaq çətindir. Elə çətin vaxtlarım olub ki, arada mən də qonorarla toyda ifa etmişəm. Amma toyda oxumaq tam başqadır. Səhnəni toyla səhv salmaq olmaz. Bu, doğru deyil. Toyda nə isə səhv edərsən, bəlkə də qəbahət görünməz, amma səhnədə o səhv bağışlanmaz. Səhnədə çıxış etmək sənətkardan böyük məsuliyyət tələb edir.
Hətta ən təcrübəli sənətkar belə səhnəyə çıxanda o məsuliyyəti dərk edir. Baxmayaraq ki, sənətdə sözünü deyib. Amma yenə də səhnənin əzəməti onun məsuliyyətini çoxaldır. Bir konsert proqramı ilə səhnəyə çıxmaq üçün aylarla məşq edirsən. Amma toyda 6 saat məşq etmədən oxumaq olur. Demirəm ki, toyu idarə etmək asandı. Onun da öz çətinlikləri var. Amma toy səhnə sayıla bilməz.
Toyda oxumaq hələ səhnədə oxumaq, səhnədə olmaq anlamı daşımır. Bizdə toyları səhnə kimi görəndə palatka musiqiləri də efirlərə ayaq açdı. Ona görə də bu gün toyla səhnəni eyni görürük. Əslində tamamilə fərqli məkanlardı. Toyun repertuarı ilə səhnə repertuarı arasında böyük fərq var. Toy əyləndirmək üçün təşkil edilir, yaxınların sevincini bölüşmək üçün gedib oynayırsan, əylənib gəlirsən. Səhnə isə tamamilə başqa anlayışdı. Sən tamaşaçına qarşı məsuliyyətini dərk edərək repertuar hazırlayırsan. Səhnədə toy mahnılarını oxuya bilməzsən”.
Tahirə Məmmədqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm