"Tozlu hava bir sıra xəstəliklərə səbəb ola bilər" - Həkim
08:10 23.08.2017
Arxiv
817
Adil Qeybulla: " Maskalardan istifadə etmək, həmin vaxtda bayırda çox qalmamaq evdə olanda mümkün qədər qapıları pəncərələri bağlı saxlamaq tozlu havadan qorunmanı təmin edə bilər”
"Bu gün müşahidə olunan tozlu hava ilə insanın təmasının minimuma endirilməsi üçün xüsusi tədbirlər görülməsi vacibdir”.
Bunu "Sherg.az"-a bu gün gecə və sabah səhər saatlarında Türkmənistandan Azərbaycana hava vasitəsilə gələcək toz -dumanından qorunma usualları barədə danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, bu hava uzun müddət davam etməsə də, əhalinin ehtiyatlı davranması vacibdir:
"Belə havada maskalardan istifadə etmək gərəkir. Bu dövrdə pəncərələri mümkün qədər bağlı saxlamaq lazımdır. Toz duman çökənə qədər və ya külək həmin havanı başqa ərazilərə daşıyana qədər insanların həmin havadan qorunması lazımdır. Bakı küləkli şəhər olduğundan bu cür toz-dumanın qalma şansı çox azdır. Amma Azərbaycan ərazisindən havanın çıxması üçün müəyyən vaxt lazımdır. O müddət ərzində insanların hava ilə ciddi təması az olmalıdır.
Çünki toz hissəciklərinin tənəffüs yollarına düşməsi bir sıra xəstəliklərə səbəb ola bilər. Maskalardan istifadə etmək, həmin vaxtda bayırda çox qalmamaq evdə olanda mümkün qədər qapıları pəncərələri bağlı saxlamaq tozlu havadan qorunmanı təmin edə bilər”.
Məlumat üçün bildirək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin avqustun 23-də səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar avqustun 26-dək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol