Tramp ABŞ qüvvələrinin Suriyadan tez qayıtmasını istəyir- Ağ Ev






Suriyada yerləşdirilən ABŞ qüvvələrinin missiyası dəyişməyib və Prezident Donald Tramp onların "ən qısa müddətdə ABŞ-a qayıtmasını istəyir". 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sara Sanders bəyanat verib. 

O qeyd edib ki, D.Tramp  ABŞ qüvvələrinin mümkün qədər tez geri dönməsini istəyir. 

S.Sanders bir neçə saat sonra qeyd edib ki, Fransa prezidenti Emmanüel Makron Donald Trampı Suriyada uzun müddət qalmağın vacib olmasına inandırıb.

Tərcümə etdi: Ayyət Əhməd