Tramp Kim Çen In ilə görüşməyə razılıq verib





ABŞ Prezidenti Donald Tramp Kim Çen In ilə iyunun 12-də Sinqapurda görüşməyə razılıq verib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Donald Tramp Kim Çen Inın məktubunu "çox maraqlı” adlandırıb. Məktubu ona Koreya Xalq Demokratik Respublikasından nümayəndə heyəti cümə günü təqdim edib.

"Bu, çox maraqlı məktub idi”, - deyə ABŞ Prezidenti Koreya Xalq Demokratik Respublikasından Əmək Partiyası Mərkəzi Komitəsi sədrinin müavini Kim Yön Çxol ilə danışıqlarının yekunu barədə jurnalistlərə məlumatında bildirib, lakin məktubun məzmununu təfsilatı ilə açıqlamayıb.