Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Gülənin Türkiyəyə qaytarılmasını istədi

General FETÖ liderini Usamə bin Ladenə bənzətdi



Fəthullah Gülənin Türkiyəyə qaytarılmasını müdafiə edən və FETÖ liderini Əl Qaidə lideri Usamə bin Ladenə bənzədən təqaüdçü general-leytenant Michael Flynn, ABŞ-ın yeni prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi oldu. Beynəlxalq agentliklərin son dəqiqə yaydığı xəbər, FETÖ liderinə böyük zərbə vuracaq.
milliyyət.com.-un yaydığı xəbərə görə, ABŞ mediasında dünən yer alan məlumatlar bu gün gerçəyə çevrildi, 57 yaşlı Flynn Trampın təklifini qəbul etdi və Konqresin təsdiqinə gərək qalmadı.
Təqaüdçü general-leytenant Flynn, Fətullah Gülənlə bağlı belə deyib:
"Arxa bağçamız Pensilvanyaya rahatca yerləşmiş olan bu maskalı terrorçu Vaşinqtonun gözünü bağlayərkən, NATO müttəfiqimiz Türkiyəyə mane olmaq məntiqsizdir. Türkiyənin dünyagörüşüylə Vaşinqton, Türkiyənin Usamə bin Ladininə sığınacaq verir. 11 sentyabrdan sonra Usamə bin Ladenin Türkiyədə gözəl bir kənddə yaşadığını və eyni anda türk vergi mükəlləflərinin vergiləriylə fondlanan 160 məktəbi işlətdiyini öyrənsəydik nə edərdik?"

Qeyd edək ki, Barak Obama, Müdafiə Kəşfiyyat Agentliyi Direktoru kreslosunda əyləşmiş  Flynnin işinə 2014-cü ildə son vermişdi.
Respublikaçı prezident Tramp, ayrıca Mərkəzi Kəşfiyyat Təşkilatının (CIA) başına da Mike Pompeonu gətirdi.